reklam
Regionxeberlericom.az » Hadisə » Tikinti şirkəti 20 min manat cərimələnib

reklam

Tikinti şirkəti 20 min manat cərimələnib



Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin pozulmasına görə “İnşaat Konstruksiyaları” MMC barədə inzibati protokol tərtib edib.

regionxeberlericom.az-un "Report"a istinadən xəbərinə görə, Xətai Rayon Məhkəməsi bu protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.

Qərardan narazı qalan şirkət apellyasiya şikayəti verib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib.

Qeyd edək ki, “İnşaat Konstruksiyaları” MMC pilot layihə olaraq Bakıda hündürmərtəbəli binaların tikintisini həyata keçirən şirkətdir.


Paylaş:


Müəllif : Tarix:
2-01-2020, 18:19
Sikayət   


loading...
Загрузка...