Mingəçevirdə 26 yaşlı gənc içkili vəziyyətdə həmyerlisini bıçaqladı

Mingəçevir şəhərində həmyerlisini bıçaqlamaqda təqsirli bilinən Məmməd Bəkirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
regionxeberlericom.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib.
Məhkəmə hazırlıq iclası yanvarın 10-da keçiriləcək.
Qeyd edək ki, 2019-cu ilin avqust ayında Mingəçevir şəhəri Xan Şuşinski küçəsində yerləşən kafedə baş verib.
1987-ci il təvəllüdlü şəhər sakini Məhəmməd Abdullayev kafedə içkili vəziyyətdə olan digər şəxs tərəfindən bıçaqlanıb.
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü şəhər sakini Məmməd Səfər oğlu Bəkirov saxlanılaraq istintaqa təhvil verilib. Saxlanılan şəxs ilkin ifadəsində törətdiyi əməli etiraf edib.
Ona Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-01-2020, 15:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-01-2020, 15:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 12:52
Dünən, 12:39

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB