reklam
Regionxeberlericom.az » Hadisə » Silahlı şəxs Gürcüstan sərhədçisini girov götürüb Azərbaycana tərəf irəlilədi, atəş açıldı - "Keşikçidağ"da gərginlik

reklam

Silahlı şəxs Gürcüstan sərhədçisini girov götürüb Azərbaycana tərəf irəlilədi, atəş açıldı - "Keşikçidağ"da gərginlik


Gürcüstan mediası Azərbaycan Respublikası ilə dövlət sərhədinin yaxınlığında Gürcüstan ərazisində silahlı insedentin baş verməsi ilə bağlı məlumat yayıb.

Vəziyyəti aydınlaşdırmaq üçün virtualaz.org Azərbaycan Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinə müraciət edib.

Virtualaz.org dəqiqləşdirib ki, həqiqətən bu gün saat 12:40 radələrində Gürcüstanın sərhəd polisinin Çitelexide sahəsi üzrə sərhəd nümayəndəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin rəisi ilə əlaqə saxlayaraq, “Keşikçi Qala” sərhəd zastavasının xidməti ərazisi ilə üzbəüzdə - Gürcüstan ərazisində hərbi geyimli naməlum şəxsin Gürcüstan sərhədçisini girov götürərək sərhəd xəttinə doğru irəliləməsi barədə məlumat verib.

Daxil olmuş məlumat əsasında dərhal təxirəsalınmaz işlər görülüb, qeyd olunan istiqamətdə dövlət sərhədinin mühafizəsi gücləndirilib, həmin şəxslərin Azərbaycan ərazisinə keçmək cəhdinə yol verməmək üçün qabaqlayıcı tədbirlər həyata keçirilib.

Saat 13:10 radələrində Gürcüstan ərazisində 6-7 nəfərədək hərbi geyimli silahlı şəxsin (biri qeyri-sərhədçi, digərləri sərhədçi hərbi geyimində olmaqla) öz aralarında mübahisə edərək sərhəd xəttinə doğru hərəkət etmələri, onlardan birinin əlində əl qumbarasının olması və havaya atəş açması sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd naryadımız dərhal təhlükəsiz döyüş mövqeyi seçmiş və havaya xəbərdarlıq atəşi açıb. Xəbərdarlıq atəşindən sonra həmin şəxslər hərəkətlərini dayandırıb və bundan istifadə edən Gürcüstan sərhədçiləri hərbi geyimli şəxsi tərkisilah edə biliblər. Saat 14:30 radələrində Gürcüstan tərəfi baş vermiş hadisənin qarşısının alınması və vəziyyətin tam nəzarətə götürülməsi barədə məlumat verib və əməkdaşlığa görə minnətdarlığını ifadə edib.

Hadisə ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.


Paylaş:


Müəllif : Tarix:
14-01-2020, 17:56
Sikayət   


loading...
Загрузка...