İki nəvəsi olan kişi yeniyetməni meşəyə aparıb təcavüz etdi
16 yaşında yeniyetmə anasının qohumu tərəfindən zorla qaçırılaraq, meşədə cinsi istismara məruz qalıb. Hadisə Türkinyənin Antalya şəhərində baş verib.
N.D. adlı yeniyetmə xalası ilə birlikdə polis idarəsinə gedərək üç uşağı və iki nəvəsi olan 44 yaşlı Birol Karademir tərəfindən təcavüzə məruz qaldığını deyib. Həmiş şəxs dərhal həbs edilib.
N.D.-nın sözlərinə görə, həmin gün Karademir anasını maşını ilə işə aparıb. Qızın sözlərinə görə, anası işə getdikdən sonra qapını arxadan kilidləyərək yatıb.
“Bir müddət sonra Birol Karademir gəldi. Qapını döydü, açmadım. Mesaj yazdı, cavab vermədim. Bu barədə anama yazdım. Anam da qapını açmamağımı, evdə yoxmuş kimi davranmamı, rəfiqəmgilə getdiyimi yazmağımı istədi. Mən də Birol Karademirə evdə olmadığımı yazdım. Məni olduğum yerdən götürmək istədiyini yazdı. Çünki o arada bir məni işə aparırdı. Hətta məni işə apararkən maşında ayağımı qucaqlayırdı. Bunu anama bildirmədim. Uşaq ağlımla yanlış anlaya biləcəyimi düşünürdüm. O gün saat 08.00-dan 10.30-a qədər qapıda qaldı, sonra da getdi”, - deyə qız bildirib.
Bir müddət sonra dostları ilə gəzməyə getdiyini, saat 15.00 radələrində geri qayıtdığını deyən qız sözlərinə belə davam edib:
“Evə girməzdən öncə rəfiqəm Fatma ilə qarşılaşdım. Sonra evə çıxmaq üçün binaya girdim. Evə girməzdən əvvəl qəfil Birol Karademirlə rastlaşdım. Onunla evdə tək qalmaq istəmədiyimdən açarı gizlincə qapının önündəki ayaqqabının içinə qoydum. Sonra da açarın anamda olduğunu və babamın yanına gedəcəyimi bildirdim. Məni aparmaq istədiyini dedi. Qəbul etmədim. Biləyimdən tutaraq zorla maşına mindirdi. Minən kimi də qapıları kilidlədi. Həmin vaxt rəfiqəm Fatma mənim maşına mindiyimi görüb”.
Yeniyetmənin sözlərinə görə, Karademir onu Varsaq bölgəsindəki meşəlik əraziyə aparıb: “Mənə mənzərə izləməyə gəldiyimizi dedi. “Maşından düşüb baxaq”, - dedim, icazə vermədi. Bu vaxt anam zəng elədi. Ancaq o, əlimdən telefonu alaraq maşının arxasına atdı. Mən telefonu götürmək üçün öndəki iki oturacağın arasından arxaya uzandığım vaxt məni arxadakı oturacağa atdı və özü də yanıma gəldi. Sonra isə təcavüz etdi”.
Qızın sözlərinə görə, bunu kiməsə söyləyəcəyi təqdirdə kişi onu öldürməklə hədələyib.
“Məni Kəpəz şəhər meydanına apardı. Gedəndə gülürdü. Rəfiqəm Fatmaya zəng edib məni olduğum yerdən götürməsini istiədim. Sonra isə xalamla birlikdə polis mərkəzinə gedərək şikayətçi oldum”, - deyə qız göz yaşları içində bildirib.
Qızın üzərində aparılan tibbi müayinə zamanı həqiqətən də cinsi təcavüzə məruz qaldığı aydınlaşıb.
Birol Karademir ittihamları qəbul etməsə də, həbs olunub. Araşdırma zamanı məlum olub ki, müttəhim bundan əvvəl də oxşar cinayətlərə görə məhkum edilib. /Oxu.az
Paylaş:
Müəllif : Redaktor
Tarix:23-01-2020, 20:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:23-01-2020, 20:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09