Mingəçevir su anbarının səviyyəsi aşağı düşüb
Hazırda çaylarda azsulu dövr müşahidə olunur. Lənkaran-Astara bölgəsinin bəzi çayları istisna olmaqla digər çayların sululuq keçən il ilə müqayisədə azdır.
regionxeberlericom.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, o cümlədən transsərhəd çaylarında xüsusən də Qanıx çayında sululuq keçən il ilə müqayisədə azdır: "Yanvar ayının 1-ci yarısında Kür çayının Qıraqkəsəmən məntəqəsində sululuq normanın 68 (2019-cu ildə 80 fazini), Araz çayının Qıvraq məntəqəsində sululuq normanın 81 (2019-cu ildə 85 fazini), Qanıx çayının Əyriçay məntəqəsində isə sululuq normanın 41 faizinii (2019-cu ildə 97 fazini) təşkil edib.
Hazırda respublika ərazisində ən böyük su anbarı olan Mingəçevir su anbarının səviyyəsi 68,13 metr təşkil edir ki, bu da keçən illə müqayisədə 2,43 metr aşağıdır. Anbarda səviyyənin xeyli aşağı olması anbarın doldurulmasında mühüm rol oynayan Kür və Qanıx transsərhəd çaylarında son illərdə azsulu illərin müşahidə olunması ilə əlaqədardır".
U.Tağıyeva bildirib ki, su ehtiyatlarının vəziyyəti narahatedici məsələlərdən biridir: "Əhalinin artımı və iqtisadiyyatın inkisafı şəraitində dünyada su ehtiyatlarından istifadə sürətlə artır və su təminatı pisləşir. İqlim dəyişmələri nəticəsində bu problem daha da kəskinləşir. Hazırda dünya əhalisinin böyük bir hissəsi su qıtlığından əziyyət çəkir və yaxın onilliklərdə bu problemin artacağı proqnozlaşdırılır.
İqlimin dəyişməsi ölkəmizdə də baş verir. Araşdırmalara əsasən, Azərbaycanda su ehtiyatları gözlənilən iqlim dəyişmələrinin təsirlərinə daha həssasdır. İqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımız son onilliklərdə azalmışdır və beynəlxalq iqlim modellərinə əsasən onların gələcəkdə də azalma ehtimalı var. Aydındır ki, iqlim dəyişmələri təsirlərinin qarşısını alımaq mümkün deyil, lakin onların fəsadlarını nisbətən yumşaltmaq olar. Digər tərəfdən, su itkilərinin miqyası böyükdür.
Su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdir".
Paylaş:
Müəllif : Yazar
Tarix:24-01-2020, 14:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-01-2020, 14:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50