Xəzərdə quşların kütləvi ölümü olubmu? - RƏSMİ AÇIQLAMA
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzərin İran sektorunda köçəri quşların, o cümlədən 2000-dən çox flaminqo quşunun kütləvi ölümü ilə bağlı məlumatlara münasibət bildirib.
Nazirliyin bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə “Report”a açıqlamasında qeyd edib ki, bu məlumat rəsmi kanallarla quruma daxil olmayıb.
Nazirlik rəsmisi əlavə edib ki, mətbuatdan xəbər tutduqdan sonra dərhal Xəzər dənizinə sərhəd olan təbiət ərazilərinə tapşırıq verilib:
“Baxış nəticəsində ilkin olaraq belə hal qeydə alınmadı. Hazırda monitorinq qrupları yaradılıb, bütün ərazilər ciddi təftiş olunur. Əgər belə hal olsa, quş cəsədləri götürülərək Baytarlıq laboratoriyasına veriləcək, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində təhlil olunacaq və hadisənin hansı səbəbdən baş verməsi müəyyən ediləcək. Ancaq hazırda belə fakt qeydə alınmayıb. Təbii ki, belə hal istisna deyil. Çünki qış aylarında müxtəlif səbəblərdən quş və heyvanların ölümü baş verə bilər”.
Xatırladaq ki, İran rəsmiləri köçəri quşların kütləvi ölümünün səbəbini tam bilməsə də, qanunsuz balıq ovu ilə məşğul olanların suyu zəhərlədiyi ehtimalını iddia edir. İran rəsmiləri flaminqoların ölüm sayının 5 minə çata biləcəyini güman edirlər.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-01-2020, 13:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-01-2020, 13:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 14:25
DÖVRİYYƏSİ 10 MANAT OLAN ŞİRKƏTƏ 24 MİLYON DOLLAR NECƏ AYRILIB? - “Sədr dedi ki, müzakirəyə çıxarın, qalanı bizlikdir”
Dünən, 11:41