reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda təcili tibbi yardım maşınının sürücüsü zibil qutularını eşələdi, araşdırma başladı - RƏSMİ

reklam

Bakıda təcili tibbi yardım maşınının sürücüsü zibil qutularını eşələdi, araşdırma başladı - RƏSMİ


Dünən Bakıda zibili qutularını eşələməsi və oradan özünə lazım olanları seçməsi ilə bağlı məlumat yayılıb.

Oxu.Az məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərib.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ barədə araşdırma aparılır:

“Görüntülərdə təcili tibbi yardım avtomobilinin nömrəsi qeyd edilməyib. Hazırda bu məsələ ilə bağlı araşdırma aparılır”.

Qeyd edək ki, ötən gün Baku TV-də Bakıda təcili tibbi yardım avtomobilinin sürücüsünün zibil qutusunu eşələməsi ilə bağlı görüntülər yayılıb.

Sürücü bütün gigiyenik və sanitar normaları unudaraq yaxınlıqdakı zibil qutularını eşələyib. O, özünə lazım olan nələrisə zibilin içərisindən seçib götürüb.

Sürücü zibillikdən topladığı əşyaları və qidaları təcili tibbi yardım maşınına gətirib.



Paylaş:


Müəllif : Tarix:
1-02-2020, 12:33
Sikayət   


loading...
Загрузка...