Qonşular qadının həyatını xilas etdi: qohumu öldürəcəkdi...
Ağcabədi rayonunda şizofreniya xəstəsinin qohumu olan qadını öldürməyə cəhd etdikdən sonra intihar etməsinin bəzi təfərrüatları məlum olub.
APA-nın yerli bürosunun xəbərinə görə, rayonunun Qaraxanlı kənd sakini, 29 yaşlı Hüseynova Könül Surxay qızı yaşadığı evdə həyat yoldaşının əmisi, 50 yaşlı Hüseynov Müşfiq Oruc oğlunun hücumuna məruz qalıb. Ruhi xəstə kimi qeydiyyatda olan M. Hüseynov dəhrə və bıçaqla qadına yaşadığı evdə hücum edib.
Zərərçəkmiş APA -ya deyib ki, M. Hüseynov hasardan adlayaraq, evə daxil olub. O, gənc qadına kəsici alətlərlə xəsarət yetirib. K. Hüseynova 9 və 10 yaşlı iki övladını götürərək, evdən qaçıb. Onun 5 yaşlı uşağı isə evdə çarpayının altında gizlənib. Səs-küyü eşidən qonşular onun köməyinə çatıb, M. Hüseynovu tutaraq, evdən uzaqlaşdırıblar.
Kəsilmiş-deşilmiş xəsarətlər alan K. Hüseynova xəstəxanaya çatdırılıb.
Bundan sonra M. Hüseynov sirkə turşusu içərək, özünü öldürüb.
K.Hüseynovanın yaxın qohumu Səyyarə Əliyeva APA -ya bildirib ki, M. Hüseynov əvvəllər də bir neçə dəfə bu ailədən olan qadınlara hücum çəkib, K.Hüseynovanın qayınanasını öldürməyə çalışıb: “Hələ də bədəninin müxtəlif yerlərində xəsarət izləri var. Amma sonradan sakitləşmişdi. Uşaqlara hədiyyə alırdı, öz balası kimi çox istəyirdi. Bir həftə olar ki, xəstəxanadan çıxıb”.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-02-2020, 17:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-02-2020, 17:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11