reklam
Regionxeberlericom.az » Hadisə » Yevlax sakinləri otlaq sahəsinə görə dalaşdılar, yaralanan var

reklam

Yevlax sakinləri otlaq sahəsinə görə dalaşdılar, yaralanan var


Yevlax sakini mübahisə zəminində bıçaqlanıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Aşağı Salamabad kənd sakini, 1994-cü il təvəllüdlü Orxan Məmmədov xırdabuynuzlu heyvanlarını kənd sakini, 1989-cu il təvəllüdlü Elçin Hüseynova və 1992-ci il təvəllüdlü Araz Qarayevə məxsus yonca və arpa sahələrində otarıb.

Bu zaman tərəflər arasında mübahisə düşüb. Nəticədə O.Məmmədov A.Qarayevə 2 bıçaq xəsarəti yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisəni törədən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
6-02-2020, 11:55
Sikayət   


loading...
Загрузка...