FHN-dən daşınmaz əmlakla bağlı vətəndaşlara MÜRACİƏT
Daşınmaz əmlakın icbari sığortası təbii və texnogen hadisə və fəlakətlərdən iqtisadiyyatın qorunması üçün düşünülmüş və həyata keçirilən, real əhəmiyyət verən bir prosesdir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, daşınmaz əmlakla bağlı baş verən hadisələr arasında ən çox rast gəlinən yanğın hadisəsidir: “Hər hansı qəza, yaxud enerjidən səhlənkar, ehtiyatsızcasına, normalara zidd şəkildə istifadə olunursa, bu yerlərdə yanğın hadisəsi qaçılmazdır. Arzu olunmayan yanğın hadisələrinin qəsdən törədilməsi halları ümumi yanğın saylarının çox cüzi bir hissəsini təşkil edir, yəni hər dəfə yanğın baş verirsə bu hökmən normativlərə, standartlara, qaydalara bilərəkdən və ya bilmədən əməl etməmə səbəbindən baş vermişdir. Məqsədli və ya məqsədsiz qayda pozuntusu eyni nəticələrə gətirir və məqsədli qayda pozuntusu ilə məqsədsiz qayda pozuntusunu, təəccüblü görünsə də, bəzən ayırmaq çətin olur”.
Məlumatda qeyd olunur ki, cəmiyyətin yanğın kimi ağır, bədbəxt hadisələrdən qorunması üçün hamılıqla standartlara, normalara və qaydalara əməl edilməlidir: “Amma heç bu da yanğınların qarşısının tam alınması üçün kafi deyildir. Bu qorunmada və sadaladığımız digər şərtlər üçün insanların köməkçisi Fövqəladə Hallar Nazirliyinin struktur tərkibi olan Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti Xidmətləridir.
Sağlamlığınızın və daşınmaz əmlakınızın icbari sığortaları kimi düşünülüb tapılmış və bütün dünyada qəbul edilmiş sığorta anlayışı, sığorta əməliyyatları insanların qəflətən bütün növ daşınmaz əmlaklarını yanğın və sairə kimi bədbəxt hadisələr nəticəsində itirməkdən tam olmasa da qoruya biləcək, onların əvvəlki qaydada yaşamaq və işləmək imkanını qaytarmaq üçün ümid deyil, real şərait - imkan yaradacaq tək şey - daşınmaz əmlakın və onun məsuliyyətinin icbari sığortasıdır. Daşınmaz əmlakı sığorta etdirərkən onun real balans dəyərinin qeyri-real göstərilməsi, müqavilə bağlanarkən sığortaçıya olunacaq ödənişin azalmasına səbəb olursa, bu, sığorta hadisəsi baş verdikdə, sığortaçı tərəfindən ödəniləcək məbləğin də yetərincə az olması ilə nəticələnir ki, bu halın özü də yanğın hadisəsi kimi peşmançılıq və pərişanlıq gətirir”.
FHN Azərbaycan vətəndaşlarına müraciət edərək daşınmaz əmlaklarını tam dəyəri ilə sığorta etdirməyə çağırır: “Təsadüfi deyildir ki, daşınmaz əmlakın sığortasına nəzarət funksiyası sizləri yanğın hadisələrindən qoruyan, mühafizə edən və xilas edən Fövqəladə Hallar Nazirliyinə həvalə edilib. Daşınmaz əmlakın sığortası zamanı müqavilə bağlanması ərəfəsində və prosesində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinə müraciət edin, əmlakınıza aid yanğın-texniki müayinə keçirilməsini tələb edin, yanğın-texniki müayinə aktını alın, müayinə zamanı və tərtib olunmuş aktda ünvanınıza iradlar bildirilirsə, onları dərhal aradan qaldırın”.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-02-2020, 16:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-02-2020, 16:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01