reklam
Regionxeberlericom.az » Hadisə » Qubada evə basqın: ev sahibinin əllərini və ağzını bağlayıb...

reklam

Qubada evə basqın: ev sahibinin əllərini və ağzını bağlayıb...


Quba rayonunun 1-ci Nügədi kəndindəki evlərdən birinə girən 4 maskalı şəxs ev sahibinin əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq döyüb oradan 13.600 manat pul və mobil telefon aparıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, dərhal Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Baş Cinayət Axtarışı və Baş İnformasiya Kommunikasiya idarələri, Təhlükəsiz Şəhər Xidməti və Quba Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş H. Hətəmov və Z.İsmayılov saxlanılıb, daha 3 nəfərin isə şəxsiyyətləri müəyyən edilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri aparılır.


Paylaş:


Müəllif : Tarix:
8-04-2019, 12:31
Sikayət   


loading...
Загрузка...