reklam
Regionxeberlericom.az » Hadisə » Sərxoş dostlarına əlavə içki vermədiyi üçün öldürüldü

reklam

Sərxoş dostlarına əlavə içki vermədiyi üçün öldürüldü


Bakıda ötən ilin sonunda baş verən qətl hadisəsi ilə bağlı aparılan istintaqdan mərhumun ailəsi narazıdır.

“Qafqazinfo”ya müraciət edən Mahizər Kazımova bildirib ki, dekabrın 8-dən 9-na keçən gecə saat 23:40 radələrində 31 yaşlı oğlu Ramal Kazımov öldürülüb. Hadisə Qara Qarayev metrosunun yaxınlığında R.Kazımovun işlətdiyi şərab evinin arxasında olub:

“Ramalın tanışları - 25 yaşlı Namiq Səfərov, 27 yaşlı Taleh Bəxtiyarlı və Seymur adlı şəxs sərxoş vəziyyətdə gəlib ondan içki istəyiblər. Ramal da onlara içkili olduqlarını, çox içməmələrini məsləhət görərək içki verməyib. Onun belə deməsinə görə mübahisə ediblər, Namiq Ramalın qolundan tutaraq “bir çölə gəl, söhbət edək” deyib və onu obyektin arxa tərəfinə aparıb. Hadisənin əvvəli kameraya düşüb. Görünür ki, onlar üçü bir yerdə Ramalı şərab evindən çıxarıb obyektin arxasına aparıblar, ardı isə kameraya düşməyib.

Təxminən 3 dəqiqə sonra oradan çıxanda Ramalın səndələyə-səndələyə yeridiyi görünür, onu taksiyə oturdub xəstəxanaya göndəriblər, özləri onunla getməyiblər. Ramal da xəstəxanaya çatmamış ölüb. Oğlumun cibində 2200 manat pul olub, onu da oğurlayıblar. Hadisədən sonra Taleh əli qanlı halda polisə verilsə də, istintaq onu azad edib. Təkcə Namiq Səfərov tutulub, onun da bir qolu yoxdu, avtoqəzada itirib. Buna görə də onu bir müddət sonra azadlığa buraxacaqlar. İstintaq düzgün aparılmır, hadisədə əli olan iki nəfər azadlıqda qalıb. Biz onların da həbs edilməsini tələb edirik”.

Məlumata görə, R.Kazımov evli olub, bir qızı var.

Murad Əhməd


Daha tez məlum


Paylaş:


Müəllif : Tarix:
29-02-2020, 12:59
Sikayət   


loading...
Загрузка...