reklam
Regionxeberlericom.az » Hadisə » Azyaşlının 5 manatını əlindən alan Rəsulun işi - 3 il həbs cəzası gözləyir

reklam

Azyaşlının 5 manatını əlindən alan Rəsulun işi - 3 il həbs cəzası gözləyir


Bakıda azyaşlıya qarşı soyğunçuluq etməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda ittiham edilən 1997-ci il təvəllüdlü Rəsul Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, hadisə Bakıda, Yasamal rayonunda baş verib.

Zərərçəkmiş azyaşlının valideynləri ərazi üzrə 28-ci polis bölməsinə məlumat verərək bildiriblər ki, tanımadıqları şəxs onların övladlarına yaxınlaşaraq əlində olan 5 manat pulu soyğunçuluq yolu ilə alıb. Bölmə əməkdaşları əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakinini Rəsul Hüseynovu saxlayıb.

Rəsul Hüseynov ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.

Saxlanılan şəxsin ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı onun bir neçə ay əvvəl paytaxt sakini olan bir qadına qarşı soyğunçuluq etməklə pul kisəsini aldığı müəyyən edilib. Həmin vaxt Rəsul Hüseynov zərərçəkmişə 500 manat maddi ziyan vurub.

Ona qarşı Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə ittiham irəli sürülüb. Törətdiyi əmələ sübuta yetirilərsə, Rəsulu 3 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.


Paylaş:


Müəllif : Tarix:
12-03-2020, 11:21
Sikayət   


loading...
Загрузка...