Ağcabədi rayon sakini Günay Şəmilovanın intiharı ilə bağlı RƏSMİ MƏLUMAT
Martın 10-da Ağcabədi rayonu Təzəkənd kənd sakini 1991-ci il təvəllüdlü Günay Şəmilovanın yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü iplə asaraq intihar etməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Baş Prokurorluğunun Mətbuat xidmətindən DİA.AZ-a verilən xəbərə görə, meyitin xarici müayinəsi zamanı alnında iki ədəd sıyrıq, döş qəfəsi və boynunun ön səthində qançırlar, sağ qolunda cızıq və hər iki baldırın ön səthində ləkələr aşkar edilmişdir.
Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə mərhumun bədənində aşkar edilmiş xəsarətlər onun ölümündən bir neçə gün əvvəl əmələ gəlməyə xarakterikdir.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmışdır.
İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınmışdır.
Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində Günay Şəmilovanın 2010-cu ildən rəsmi nikah münasibətinə girib evləndiyi Etibar Şəmilov tərəfindən ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı mütəmadi olaraq döyülüb amansız rəftar edilməklə ləyaqətinin alçaldılması nəticəsində özünü öldürmə dərəcəsinə çatdırılaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Etibar Şəmilov cinayət işi üzrə martın 11-də şübhəli şəxs qismində tutulmuşdur.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-03-2020, 11:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-03-2020, 11:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52