Bacısını burğacla vurdu, qardaşının üstünə maşın sürdü - MƏHKƏMƏ
Bakının Xəzər rayonunda bacı-qardaşını öldürməyə cəhddə təqsirləndirilən İlham Bədəlovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Mirzə Xankişiyevin icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xəzər rayonu Binə qəsəbəsində baş verib.
1971-ci il təvəllüdlü Bədəlov İlham Şura oğlu münaqişə zamanı burğacla 1970-ci il təvəllüdlü bacısı Aygün Bədəlovaya hücum edərək ona xəsarətlər yetirib.
Daha sonra o, "KİA" markalı avtomobilinə əyləşərək, maşını qardaşı 1973-cü il təvəllüdlü Elxan Bədəlovun üzərinə sürüb və ona ağır bədən xəsarəti yetirib.
Saxlanılan zaman İ.Bədəlov bildirib ki, münaqişəyə səbəb xəstə atasına düzgün qayğı göstərilməməsi olub. O, az qala bütün sutkanı işlədiyini, evdə ondan başqa üç bacısı və üç qardaşı olmasına baxmayaraq, atasına baxmadıqları üçün özündən çıxdığını qeyd edib.
Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-03-2020, 10:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-03-2020, 10:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti