Xaçmazda "Tramadol" satan şəxs saxlanıldı - FOTO
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində güclü təsir edən maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan DİA.AZ-a verilən məlumata görə, RPŞ-nin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı Zaur Mustafayev şübhəli şəxs qismində rayon ərazisində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman ondan satış məqsədi saxladığı 58 ədəd “Tramadol” həbləri aşkar edilib.
Dindirilmə zamanı Z.Mustafayev həmin həblərin ona məxsus olduğunu və satmaq üçün qanunsuz olaraq üzərində gəzdirdiyini etiraf edib.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-03-2020, 11:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-03-2020, 11:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 12:52
Dünən, 12:39

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB