reklam
Regionxeberlericom.az » Hadisə » Goranboyda qətl törədən polis zabiti özünü qismən təqsirli bilib

reklam

Goranboyda qətl törədən polis zabiti özünü qismən təqsirli bilib


Gəncə Ağır Cinayətlər Məhkəməsində Goranboyda insident zamanı silahdan istifadə edən və qətl törədən polis leytenantı Kərimov Vüsal Əlöysəd oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

regionxeberlericom.az-un APA-a istinadən məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən V. Kərimov özünü qismən təqsirli bilib.

O məhkəmədə sərbəst ifadə verib.

Məhkəmə baxışı aprelin 10-da davam edəcək.

Qeyd edək ki, hadisə ötən il iyul ayında Goranboy rayonu Goran qəsəbəsi yaxınlığında baş verib.

Ərazidə xidmət aparan əməliyyat müvəkkili Vüsal Kərimova vətəndaş müraciət edərək bir qrup şəxsin yol kənarında toplaşaraq mübahisə etdiyini bildirib. Dərhal polis əməkdaşı onlara yaxınlaşıb. Bu zaman mübahisə edənlərdən biri onu yumruqla vuraraq yerə yıxıb. Belə olan halda polis əməkdaşı ona təhkim olunmuş tabel silahı ilə havaya xəbərdarlıq atəşi açıb. Silahdan açılan atəş 1999-cu il təvəllüdlü Əhmədov Təbriz Xalıq oğluna dəyib. Nəticədə o aldığı xəsarətdən ölüb.

Polis leytenantı Kərimov Vüsal Əlöysəd oğluna Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma – ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib.


Paylaş:


Müəllif : Tarix:
26-03-2020, 11:15
Sikayət   


loading...
Загрузка...