
Balakəndə “Vitka” ləqəbli narkobaron saxlanıldı - FOTO
Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş rayonun Qullar kənd sakini, “Vitka” ləqəbli Vidadi Əmralıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 115 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana və 5,27 qram çətənə bitkisinin toxumları aşkar edilib.
Bu barədə "Report" un Şimal-qərb bürosuna DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Davam etdirilən əməliyyat tədbirləri ilə onun Qullar kəndi ərazisindəki yaşadığı evə və evin həyətyanı sahəsindəki tikililərə də baxış keçirilib. Oradan 4 ədəd sellofan torbalarda ümumi çəkisi 7 kiloqram 50 qram qurudulmuş marixuana, 104 qram çətənə bitkisinin toxumları, 2 ədəd elektron tərəzi, 19 ədəd ov tüfənginin patronları aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı RPŞ-də saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-03-2020, 10:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bu barədə "Report" un Şimal-qərb bürosuna DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Faktla bağlı RPŞ-də saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Paylaş:
Müəllif :
Yazar
Tarix:27-03-2020, 10:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 12:52
Dünən, 12:39

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
