Bəhmənovun gəlini reanimasiyada, nəvəsi karantindədir
Şuşa Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənovun ölümcül yaraladığı keçmiş həyat yoldaşının durumu ağır olaraq qalır.
Bu barədə fevralın 1-də Hüseyn Cavid parkında keçmiş əri tərəfindən qızının gözü qarşısında bıçaqlanan 1982-ci il təvəllüdlü Dilarə Faiq qızı Bəhmənovanın anası Elmira Zeynalova bildirib. E.Zeynalova əlavə edib ki, qızı hələ də reanimasiyadadır. Koronavirus infeksiyasına görə isə yanına girməyə icazə vermirlər:
“Mən onu reabilitasiyası üçün başqa klinikaya aparmaq istəyirdim. Ancaq hələ də agciyərdə problem olduğu üçün xəstəxanadan çıxarmağa imkan vermədilər. Əlavə həkim də cəlb olunub. Həkim bildirir ki, nəticə əldə etmək üçün illər lazımdır. Bizi yanına buraxmırlar, ancaq telefonla görüntülü şəkildə zəng edirik. Heç nə danışa bilmir. Kameradan məni görən kimi ağlayır. Həkimlər bildirir ki, bu o deməkdir ki, beyin işləyir və sizi görən kimi xatırlayıb reaksiya verir”.
E.Zeynalova bildirib ki, nəvəsi də koronavirusa görə Bakıya gələndən sonra karantinə alınıb:
“Bir neçə gündür Bakıya gəlib. Atletlər kəndində karantindədir. Hələ 14 gün orada olacaq. Tezliklə onun da evə göndəriləcəyini gözləyirik”.
Xatırladaq ki, Şuşa İcra Hakimiyyətinin sabiq başçısı Nizami Bəhmənovun oğlu, 1981-ci il təvəllüdlü Ceyhun Bəhmənov keçmiş həyat yoldaşı, 1982-ci il təvəllüdlü Dilarə Faiq qızı Bəhmənovanı küçədə bıçaqlamışdı.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-03-2020, 14:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:29-03-2020, 14:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:46
“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 10:47
Nuriyevlərin Sabirabadda seçki sabotajı – Zakir Quliyev bundan sonra da qoyunlarını otaracaq İDDİA
17-01-2025, 14:25
DÖVRİYYƏSİ 10 MANAT OLAN ŞİRKƏTƏ 24 MİLYON DOLLAR NECƏ AYRILIB? - “Sədr dedi ki, müzakirəyə çıxarın, qalanı bizlikdir”
17-01-2025, 11:41