Balakəndə civə alverçiləri saxlanılıb - FOTO
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan DİA.AZ-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində civə satışı ilə məşğul olan şəxslər saxlanılıb.
Daxil olmuş məlumat əsasında 22 yaşlı Balakən rayonu Qullar kənd sakini Turan Süleymanov və şəhər sakini 21 yaşlı Toğrul Səmədli şübhəli şəxs qismində saxlanılıb. T.Süleymanovdan şəxsi axtarış zamanı 1 ədəd şüşə qabda 59,4 qram metallik civə aşkar edilib. Toğrul Səmədlinin ətrafında davam etdirilən tədbirlərlə onun yaşadığı ünvanda və Talalar kəndində bibisinin evində civə saxlaması müəyyən edilib. Həmin yerlərə baxış keçirilən zaman ümumi çəkisi 473,1 qram metal parıltıya malik civə aşkar olunaraq götürülüb.
İstintaq zamanı müəyyən edilib ki, T.Səmədli həmin civəni ötən ilin dekabr ayında Məhəmməd Mustafayevlə qabaqcadan əlbir olub, tanışları Balakən rayon sakini Nizami Quliyevin yaşadığı evdən oğurlayıblar.
Həmin tədbirlərin davamı olaraq Balakən RPŞ əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş, rayonun Qullar kənd sakini Nizami Quliyev və cinayət əməlində iştirakı olan digər şəxslər də saxlanılıb. N.Quliyevin yaşadığı evə baxış keçirilən zaman 501,2 qram civə aşkarlanıb.
Faktla bağlı Balakən RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.

Paylaş:
Müəllif : Yazar
Tarix:7-04-2020, 10:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-04-2020, 10:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT