reklam
Regionxeberlericom.az » Hadisə » Balakənda sahibkar intihar edib

reklam

Balakənda sahibkar intihar edib

Balakən rayonunda intihar olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qazma kəndində baş verib.

Kənd sakini, 60 yaşlı Zeynəddin Sarıyevin meyiti ailə üzvləri tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağında asılı vəziyyətdə aşkar edilib.

Məlumata görə, Z. Sarıyev rayonda ticarətlə məşğul olub, bir neçə yerdə ticarət obyekti var.

Son vaxtlar Z. Sarıyevin ağrılardan və yuxusuzluqdan əziyyət çəkdiyi bildirilir.

Z. Sarıyevin intihar etməzdən əvvəl məktub yazdığı deyilir.

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
17-04-2020, 15:44
Sikayət   


loading...
Загрузка...