reklam
Regionxeberlericom.az » Hadisə » Əfv olunan şəxslər karantindən evə buraxıldı

reklam

Əfv olunan şəxslər karantindən evə buraxıldı


Bu gün əfv olunan şəxslər ailələrinə qovuşub.

"Report"un xəbərinə görə, 176 nəfər iki həftəlik karantindən sonra bu gün evə buraxılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 6-da "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Daha sonra həmin şəxslər karantində saxlanılırdı.

Belə ki, pandemiyanın respublikanın müxtəlif bölgələrində yayılmasının müşahidə olunması və əfv edilən şəxslərin yaşayış yerlərinin 40-dək rayonu əhatə etməsi nəzərə alınaraq, əfv olunan şəxslər doğmalarının yanına getməzdən əvvəl ailə üzvlərinin də sağlamlıq durumu araşdırılırdı. Bu məqsədlə azad olunan şəxslər iki həftəlik istirahət mərkəzlərinin birinə yerləşdirilmiş və hər cür şəraitlə, o cümlədən qida və tibbi təminatla təchiz olunmuşdular.


Paylaş:


Müəllif : Tarix:
21-04-2020, 17:22
Sikayət   


loading...
Загрузка...