Cadugar “Hafizə”nin dəhşətli əməlləri: - Ruhlarla danışır, insanları ölümdən xilas edir, bəxt açır
Azərbaycanda dələduzluq etməkdə təqsirli bilinən 1981-ci il təvəllüdlü Sahilə Atamovanın cinayət işi üzrə məhkəmə başa çatıb.
regionxeberlericom.az bildirir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, 2010-cu ilin oktyabr ayından 2011-ci ilin oktyabr ayına qədər olan müddət ərzində Sahilə Atamova qızı öz rəfiqəsi Elnurə Əhmədovaya özünün, yaxın qohumlarının öləcəyini deyib.
Sahilə Atamova Elnurə Əhmədovanın bu bədbəxtçilikdə qorumaq üçün pul və əmlak istəyib. Sahilə Atamova pul və digər əmlakları aldıqdan sonra bu bədbəxtçiliklərdən səsi gələn “xram” adlanan ruha Elnurə Əhmədovanı qorumağı xahiş edəcəyini deyib.
Daha sonra Sahilə Atamova Elnurə Əhmədovanı inandırıb. Onun etibarından sui-istifadə edib, Bakı şəhəri, Sabit Orucov küçəsi, ev 1184, mənzil 80 ünvanında yaşayan Elnurə Əhmədovanın həyat yoldaşı Zəfər Quliyevə məxsus təxminən 5.000 manat nağd pulu və özünə məxsus dəyəri 2.000 manat olan xəz dərili şubanı alıb.
Qohumların da öləcək, sən də...
Daha sonra Sahilə Atamova 2011-ci ilin dekabrın 13-də Elnurə Əhmədovanı eyni üsulla yenidən aldadıb. Onun ərinə məxsus 1300 manat pulu və evdə olan 110 min manat dəyərində birilyant daş-qaşları ələ keçirərək dələduzluq edib.
Sahilə Atamova qohumlarının öləcəyi, bu bədbəxtçilikdən Elnurə Əhmədovanı və ailəsini qoruyacağı adı ilə növbəti dəfə 2014-cü ilin dekbarın 15-də aldadıb. O, Elnurə Əhmədovanın iş yeri olan Bakı şəhəri, Nobel prospekti, 5 ünvanında yerləşən gözəllik salonunun yanında həmin gözəllik salonunda işləyən Eldül Sadıqovanın və Sailə Atamovanın bacısı qızı Səma Ağazadə vasitəsi il ondan dəyəri 2.500 manat olan qara rəngli xəz dərili qadın şubasını ələ keçirib.
Bundan başqa, təkrarən 2015-ci ilin iyun ayından həmin ilin sentyabr ayına qədər olan müddət ərzində Sahilə Atamova Elnurə Əhmədovaya ona pul və digər əmlakı verməsə, onun qohumlarının öləcəyini və bu bədbəxtçiliklərdən Sahilə Atamovaya səsi gələn “xram” adlanan ruha Elnurə Əhmədovanı qorumağı xahiş edəcəyini deyib.
170 min manatı necə ələ keçirdi?
Elnurə Əhmədovanın işlədiyi gözəllik solonunda həmin gözəllik salonunda işləyən Şəms Cümşüdovanın, Elgül Sadıqovanın, taksi sürücüsü Vaqif Hüseynovun və onun bacısı qızı Səma Ağazadənin vasitəsi ilə 170 min manatını ələ keçirib.
Daha sonra o, 2015-ci ilin sentyabrın 19-da Elnurə Əhmədovanı ailəsinə gələn bədbəxtçilikdən qoruyacağı ilə aldadıb və onun 100 min manatını alıb.
Gözəllik salonunda dələduzluq
Sahilə Atamova onun yanına növbəti dəfə həmin ilin sentyabrın 23-də gəlib. Sahilə Atamovaya səsi gələn “xram” adlanan ruhun vasitəsi ilə Elnurə Əhmədovanı qorumağı xahiş edəcəyini deyib, onu inandıraraq, yenidən gözəllik salonunda dəyəri 150 manat olan bir ədəd meyvə qabını, dəyəri 2.500 manat olan brilyant qaşlı ağ qızıldan bir dəsti, dəyəri 5.600 manat olan qəpik formasında üzərində heyvan həkk olunmuş qaşsız qızıl külçəni, ümumi dəyəri 2.000 manat olan 4 cüt qızıl sırğaları, ümumi dəyəri 2.000 manat olan 2 ədəd brilyant qaşlı açar formasında qızıl kulonları, ümumi dəyəri 500 manat olan ərəb dilində “Allah” sözü yazılmış qızıl kulonla boyunbağını, dəyəri 300 manat olan qızıl üzüyü, dəyəri 300 manat olan purcin formasında bir cüt qızıl sırğaları və ümumi dəyəri 500 manat olan 2 ədəd nazik qolbağıları alıb.
Bundan başqa, Sahilə Atamova 2015-ci ilin dekabr ayında yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 6, mənzil 10 ünvanında Sona Əhmədovanın etibarindan sui-istifadə edib. Sonuncunu aldatmaqla ona borcunun olmasını bildirib və inandırıb. O, Sona Əhmədovadan əvvəlcə 40.000 manat, təxminən 2-3 gün sonra həmin ünvanda eyni məqsədlə 30.000 manat alaraq ələ keçirib.
Körpə qızım xəstədir, pul lazımdır
Sahilə Atamova 4 iyun 2016-cı il tarixdə tanışı Tural Həsənova həyatda olmayan körpə qız övladının xəstəliyi ilə əlaqədar əməliyyat olunması üçün Türkiyə Respublikasına aparacağını yalandan bildirib. O, Tural Həsənovu inandırıb və ondan Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “Koroğlu” parkında 20.949 manat alıb.
Daha sonra Sahilə Atamova 2016-cı ilin fevral ayından həmin ilin iyul ayının 20-nə qədər olan müddət ərzində telefonda özünü “Hafizə” adı ilə həqiqətdə olmayan baxıcı kimi təqdim edib. O, Təranə Hətəmovanın bəxtinin açılmasını söz verib.
Sonra o, pul verməsə onun və yaxın qohumlarının başına oyunların açılmasını deyib. Zərərçəkmiş Təranə Hətəmovanın iş yeri olan Binəqədi rayonu, Cavadxan küçəsi, 32/15 ünvanında yerləşən “Akademik Zərifə Əliyeva” adına Milli Oftalmologiya Mərkəzinin yanında və Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 2 a ünvanında yerləşən yaşayış yerinin yanında taksi sürücüsü kimi işləyən Vaqif Hüseynovun vasitəsi ilə ondan hissə-hissə olmaqla cəmi 82.000 manat məbləğində pul alıb.
İstintaq orqanı tərəfindən Sahilə Atamovanın barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
“Xramın olması barədə deyilənlər boş söhbətlərdir”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilən Sahilə Atamova ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində Elnurə Əhmədovanı 2001-ci ildən tanıdığını, həyat yoldaşının dostunun arvadı olduğunu, bir-birlərinin evinə gedib-gəldiklərini göstərib: “Namaz qılırdım, Elnurəni də öyrətmişdim. Bir yerdə Həcc ziyarətinə getmişdik. Pula ehtiyacım olduğundan müxtəlif vaxtlarda Elnurədən pul almışam. Elnurə müalicə xərclərimin ödənilməsinə köməklik edirdi”.
Sahilə Atamova ona vergi verilməsini, səslərin gəlməsini, “xram”ın olması barədə deyilənləri cəfəngiyat adlandırıb: “Elnurəyə belə bir söz deməmişəm. Hamısı boş söhbətlərdir. Elnurənin evindən yoxa çıxmış qızılları və pulları özü vermişdi ki, satım xərcləyim. Onların evindən qızılları mən oğurlamamışam. O qızılları Elnurə mənə özü verib. Hamısını satmışam”.
“Hər şeyi “xram” özü həll edəcək”
Cinayət işi üzrə zərərçəkmiş Zəfər Quliyev ifadəsində göstərib ki, baş vermiş oğurluqla bağlı həyat yoldaşının ona “açar qapının üstündə qalıbmış” deməsinə inanıb. Hadisədən beş il sonra cütlük rəsmi qaydada ayrılıb. Elnurə keçmiş həyat yoldaşına hər şeyi etiraf edib: “Sahilə Elnurəyə deyib ki, qapını açıq qoyub getsin, onlar gəlib evi dağıdacaqlar, sonra "xram" özü hər şeyi həll edəcək. Deyirmiş ki, pul verməsən, qaynanan, ərin öləcək. Bu yolla da Elnurədən külli miqdarda pul qoparıb. Sahilə təxminən 130-140 min manat əmlakımızı ələ keçirib”.
Qeyd edək ki, Zəfər Quliyevlə Elnurə Əhmədova 2002-ci ildə ailə qurublar. Birgə nikahdan iki övladları dünyaya gəlib. On dörd il sonra isə rəsmi şəkildə ayrılıblar.
“Həcc ziyarətindən qayıdandan sonra dedi ki, mənə vergi verilib”
Cinayət işi üzrə zərərçəkmiş Elnurə Əhmədova ifadəsində Zəfər Quliyevin uşaqlıq dostunun arvadı Sahilə Atamova ilə yaxın münasibətləri, ailəvi gediş-gəlişləri olduğunu göstərib. 2010-cu ildə birlikdə Səudiyyə Ərəbistanına - Həcc ziyarətinə yollanıblar. Ziyarətdən qayıtdıqdan bir müddət sonra Sahilə ona vergi verildiyini, “xram”dan səslər gəldiyini deyib: “Bir dəfə bizdə olanda ağzı köpükləndi. Dedim belə eləmə, qorxuram. Sahilə görürdü ki, onun hərəkətləri mənə təsir edir. Deyirdi ki, ərin, balaların öləcək, qəzada tikə-tikə olacaq. Bu yolla müxtəlf vaxtlarda məndən beş min manata kimi pul aldı”.
Həmin ərəfədə Elnurənin bahalı şuba almağı Sahilə Atamovanın gözündən yayınmayıb. O, “bunu təmizləyib yandırmaq lazımdır, yoxsa sənə zərər toxunacaq” deyib. Rəfiqəsinin sözlərinə inanan Elnurə xəz gödəkçəni ona verib.
Amma bir müddət sonra özünə məxsus olan kürkü Sahilənin əynində görüb. Şubanı niyə yandırmadığını soruşduqda “təmizlədim, yandırmağa ehtiyac olmadı, mənə zərər gəlməz, amma sən geyinsən sənə zərər gətirər” deməklə kifayətlənib: “O vaxtdan da kürküm onda qaldı. Pulu qurtaranda deyirdi ki, evdəki qızıllardan ver, yoxsa uşaqların, ərin öləcək. Qızıllar seyfdə idi, Zəfər də hər dəfə seyfə baxırdı. Dedi ki, evdə qiymətli nə varsa, bir çantaya yığ, açarı qıfılın üstündə qoy ki, guya yadından çıxıb, gəlib çantanı götürəcəyəm”.
“Ərinin ömrünə az qalıb, öləcək, oğlunu oğurlayacaqlar, evin yanacaq”
Rəfiqəsinin dediklərinə əməl edən Elnurə Əhmədova seyfdəki qızıl-zinət əşyalarını bir çantaya yığır. Sonrasa evdən çıxması barədə ona mesaj göndərir. Ev sahibi həmin vaxt işdə, uşaqlarsa məktəbdə olur: “Evdən çıxanda qapını örtdüm, amma bağlamadım, açar qapının üstündə qaldı. Sürücü məni xəstəxanaya apardı. Yolda Zəfərə zəng vurub dedim ki, deyəsən açar qapının üstündə qalıb, binanın komendantına desin ki, gedib evə baş çəksin. Sonradan Zəfər evə gələndə oğurluq baş verdiyini aşkar edib”.
Elnurə Əhmədova ifadəsində istintaq zamanı Sahilədən qorxduğuna görə bəzi şeyləri müstəntiqdən gizlətdiyini bildirib: “Oğurluq hadisəsindən sonra yenə də məndən pul alırdı. Gözəllik salonunda mənimlə bir yerdə işləyən Şəms adlı qıza 100 min manat vermişdim ki, aparıb Sahiləyə çatdırsın. 70 min manat pulu da anam və qaynanam vasitəsilə Sahiləyə göndərmişdim. İstintaq zamanı bunları müstəntiqə demədim. Çünki qorxurdum. Sahilə məni qorxudurdu. Ad günümə bağışlanan qızılları işlədiyim salonda meyvə qabının içərisində saxlayırdım. Sahilənin bacısı qızı gəlib o qızılları meyvə qabı ilə bir yerdə apardı xalasına. Mənə deyirdi ki, pul verməsən ərin öləcək, ömrü azalıb, oğlunu oğurlayacaqlar, evin yanacaq. Həmin vaxt oğlum Londonda idi. Pul axtarırdım ki, Sahiləyə verim, hər şey yaxşı olsun”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahilə Atamova 8 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Sahilə Atamova apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini istəyib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Sahilə Atamovanın cəzası 7 il 11 ay 28 günə endirilib.
Bu qərardan narazı qalan Sahilə Atamova kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.
Qərara görə, kasasiya şikayəti təmin olunmayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-04-2020, 11:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-04-2020, 11:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24