Azərbaycanda dostlardan meşədə 2 bacıya qarşı BİABIRÇI ƏMƏL: - zorladılar, qardaşlarının yanında...
Zorlamada təqsirli bilinən Gədəbəy rayon sakini, 1995-ci il təvəllüdlü Eldar Məmmədov, onun dostları və həmyaşıdları Samir Bağırov, Faiq Ağayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
regionxeberlericom.az Publika.az-a istinadən xəbər verir ki, Eldar Məmmədov 27 sentyabr 2015-ci ildə, saat 11 radələrində Gədəbəy rayonunun Novosaratovka kəndinin ərazisindəki bazarda əvvəllər tanıdığı Samir Bağırov ilə rastlaşıb.
Bazarda görüşdülər, içki məclisi qurdular
Həmin vaxt Eldar Məmmədov görüşərək sonuncunu Çobankənd kəndində yerləşən evinə dəvət edib. Samir də Eldarın dəvətini qəbul edib və birlikdə Samirgilə gedib.
Onlar bir yerdə evdə nahar edib, spirtli içki qəbul ediblər. Sonra saat 16 radələrində Eldar rayonun Şahdağ kəndində yaşayan tanışı Faiq Ağayevə zəng edib, ona dostunun qonaq gəldiyini deyib, birlikdə yeyib-içməyi təklif edib.
Faiq Ağayev onun təklifini qəbul etdikdən sonra elə həmin gün axşam saatlarında Çobankənd kəndi ilə İnəkboğan kəndinin arasındakı meşəlik ərazidə “Arı bulağı” adlanan yerdə görüşməyə razılaşıblar.
Meşə yolunda qonaqlıq və iki qadın
Həmin gün saat 19 radələrində Eldar və Samir “Arı bulağı” adlanan yerdə Faiqlə görüşüb. Onlar orada torpaq yolun kənarında yemək yeyib, spirtli içki qəbul ediblər.
Saat 20 radələrində onlar əvvəllər tanımadıqları İnəkboğan kənd sakinləri – Səidə və Məlahətin meşə yolu ilə Saratovka kəndi istiqamətində getdiklərini görüblər, bu zaman Eldar onları səsləyib.
Qadınlarla cinsi əlaqə tələbi
Hər üçü Səidə və Məlahətə yaxınlaşıb və cinsi əlaqədə olmağı təklif ediblər. Hər iki qadın onların bu təklifinə qəti etirazlarını bildirib və yollarına davam etmək istəyiblər.
Bu zaman Eldarla Faiq öz cinayətkar niyyətlərini həyata keçirmək və hər iki qadına qarşı zor tətbiq etməklə, onlarla cinsi əlaqədə olmaq niyyətinə düşüblər.
Bu məqsədlə Eldarla Faiq Səidəyə yaxınlaşıblar. Onlar qadını tutaraq cinsi əlaqədə olmaq istəklərini həyata keçirməkdə israrlı olduqlarını bildiriblər.
“Sən mənliksən” dedi, hücuma keçdi
Həmin vaxt Samir Məlahətə yaxınlaşaraq “sən mənliksən” deyib və onun üzərinə hücum edib. Samir qadını yerə yıxaraq, zorla cinsi əlaqədə olub. Həmin vaxt Məlahətə bədən xəsarətləri də yetirib.
Sonra ayağa qalxan Samir digər dostlarının hələ də bir qadınla çırpışdıqlarını, niyyətlərini həyata keçirə bilmədiklərini görüb. Onlara yaxınlaşaraq “bir qızın öhdəsindən də gələ bilmirsiz”, - deyərək hər iki dostuna irad tutub.
Meşədə dostların qız davası
Sonra o, Səidənin sifətinə yumruqla bir zərbə endirib, ona xəsarət yetirib. Həmin vaxt Səidə aldığı xəsarətlərdən huşunu itirib.
Bunu görən Eldar Samirə “sən mənim qızımı vura bilirsən, mən səninkini vura bilmirəm?”, - deyib və Məlahətə yaxınlaşıb. O, Səidənin sifətinə yumruqla bir zərbə vurub və sonra digər dostlarının yanına qayıdıb.
Bacılarının arxasınca gələn qardaşa amansızlıq
Təxminən 2-3 dəqiqə ərzində davam etmiş bu zorakılıq zamanı bacılarının arxasınca gələn Novruz ora çatıb. O, hər üç dostun bacılarına qarşı etdikləri hərəkətlərini görüb və onları dayandırmağa çalışıb.
Bu zaman dostlar Novruza hücum edib, ona müxtəlif dərəcəli bədən xəsarətləri ilə nəticələnən yumruq və təpik zərbələri vurublar.
Bacısını dərədə gizlətdi
Bu zaman Məlahət Eldar, Samir və Faiqin başlarının qardaşı Novruzu döymələrinə qarışmasından istifadə edib, aldığı zərbələrdən huşunu itirmiş bacısı Səidəni yolun kənarındakı dərəyə tərəf çəkib, üstünü qurumuş ağac yarpaqları ilə örtərək gizlədib.
Sonra Məlahət özü də bir qədər irəlidəki dərədə gizlənib və üzərində olan mobil telefonla Gədəbəy rayonunun Novosaratovka kəndində yaşayan digər bacısı Ləmana zəng edib, hadisə barədə məlumat verib, onu köməyə çağırıb.
Atlı qadından qorxan dostlar oranı tərk etdilər
Novruzu döyüb, onun sağlamlığına qəsdən yüngül zərər vurduqdan sonra Eldar, Samir və Faiq öz cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə Məlahət və Səidəni təxminən 40 dəqiqə ərzində səsləyərək axtarıblar.
Lakin, həmin vaxt artıq hava qaraldığından, habelə özləri sərxoş vəziyyətdə olduqlarından onları tapa bilməyiblər. Onlar bir qədər sonra Ləmanın atla ora gəldiyini görüb və onun kişi olduğunu zənn edərək hadisə yerindən qaçıblar.
6 il cəza, ümumi rejim
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 29, 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlamaya cəhd etmə), 29, 149.2.5-ci (təkrar zorlamaya cəhd etmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham elan edilib.
Məhkəmənin hökmü ilə hər üç dost 6 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri qərara alınıb.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onların şikayətlərinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb.
Şikayət etdilər, cəzaları yüngülləşdirildi
Apelyasiya şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittihama xitam verilib.
Eldar Məmmədovun cəzası 5 il 6 aya, Samir Bağırov və Faiq Ağayevin isə cəzası 5 ilə endirilib. Bu qərardan narazı qalan təqsirləndirilən şəxslər kasasiya şikayəti veriblər.
Bu qərardan narazı qalan Eldar Məmmədov kasasiya şikayəti verib. Onun kasasiya şikayətinə Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrlik etdiyi kollegiyada baxılıb.
Hakim kollegiyası Eldar Məmmədovun kasasiya şikayətini təmin etməyib.
Eyni hakimin sədrliyi ilə baş tutan başqa iclasda Samir Bağırovun da kasasiya şikayətinə baxılıb və təmin olunmayıb.
Cinayət işində adı keçən Faiq Ağayev tərəfindən isə Ali Məhkəməyə müraciət olunmayıb. Bu səbəbdən onunla bağlı hissədə kasasiya qaydasında araşdırma aparılmayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-03-2019, 11:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-03-2019, 11:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24