reklam
Regionxeberlericom.az » Hadisə » Rusiyanın baş naziri koronavirusa yoluxdu

reklam

Rusiyanın baş naziri koronavirusa yoluxdu


Rusiya Federasiyasının baş naziri Mixail Mişustin koronavirusa yoluxduğunu açıqlayıb.

O, bu barədə Rusiya prezidenti Vladimir Putini məlumatlandırıb.

Bildirilib ki, hazırda Rusiya baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq A.Belousova tapşırılıb.

Baş nazir prezidentə məlumat verib ki, xəstəliklə bağlı özünütəcrid rejiminə keçir, amma hökumət fəal işləyəcək. Onun özü də əlaqədə olacaq. Putin isə Mişustinə tezliklə sağalmaq arzu edib. “Hesab edirəm ki, siz elə bu cür yaxşı formada qalacaqsınız və vətəndaşların dəstəklənməsinə yönəlmiş qərarların qəbulunda iştirak edəcəksiniz”,-Putin deyib. Putin Mişustinə tapşırıb ki, xəstəxanadan ona zəng vursun.

Moskva meri Sergey Sobyanin isə jurnalistlərə bildirib ki, baş nazirin yoluxması heç kimin koronavirusdan qoruna bilməyəcəyini göstərir. Onun sözlərinə görə, Mişustin vaxtaşırı olaraq yoxlanılırdı və bütün mümkün qorunma tədbirlərinə əməl edirdi./Virtualaz.org


Paylaş:


Müəllif : Tarix:
30-04-2020, 22:54
Sikayət   


loading...
Загрузка...