Sabiq polis rəisinin maşınının qabağını kəsib bıçaqla hücum etdi
Bakıda daha bir sürücü xuliqanlıq əməlinə əl atıb.
“Qafqazinfo”ya müraciət edən keçmiş polis rəisi, Vəkillər Kollegiyasının üzvü Əyyub Cəfərxanov bildirib ki, mayın 3-ü saat 21:30 radələrində paytaxtın Nizami rayonunda avtomobil idarə edərkən xuliqanlığa məruz qalıb.
O bildirib ki, “Toyota Corolla” markalı avtomobilini idarə edərkən digər tərəfdən gələn avtomobil sürətlə hərəkət etdiyi üçün onun qarşısını kəsib: “Həmin adam maşından düşüb qışqırmağa başladı, dedim ki, heç nə olmayıb, yolunla get. Maşından xəncər boyda bıçaq götürüb üstümə hücum etdi, mən tez maşının şüşələrini və qapılarını kilitlədim. Həmin şəxs maşınımın pəncərələrini yumruqlayaraq bıçağı mənə göstərib “düş yerə, səni bununla yortacam” deyirdi. Sonra ətrafdakı şəxslər onu mənim maşınımdan uzaqlaşdırdılar. Mən də sürüb getdim”.
Keçmiş polis əməkdaşı olan Ə.Cəfərxanov bildirib ki, bununla bağlı Nizami RPİ 25-ci Polis Bölməsinə müraciət edib: “Bu məsələ ilə bağlı araşdırma aparılır. Məndə olan məlumata görə, hadisə təhlükəsiz şəhər kamerasına düşüb. Kimliyi haqda heç bir məlumatım yoxdur”.
Qeyd edək ki, Ə. Cəfərxanov Naxçıvan Daxili İşlər Nazirliyinin Ordubad Rayon Yol Polisi bölməsinin rəisi olub.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-05-2020, 17:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-05-2020, 17:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 10:46
“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
18-01-2025, 10:47
Nuriyevlərin Sabirabadda seçki sabotajı – Zakir Quliyev bundan sonra da qoyunlarını otaracaq İDDİA
17-01-2025, 14:25