Bakıda ağacın dibini betonlayan tikinti şirkəti 17 min manat cərimələndi
"Ekologiya Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə ağacların kəsilməsi ilə bağlı daxil olan məlumatlar əsasında aparılan araşdırma zamanı Binəqədi rayonu, 18-ci Dağlıq kücəsi 1 ünvanında “Mahal” MTK tərəfindən çoxrmərtəbəli yaşayış binasının tikintisi zamanı müxtəlif diametrli 8 ağacın kəsilərək dibinin betonlandığı və təbiətə 17 800 manat məbləğində ziyan dəydiyi müəyyən edilib".
“Report” xəbər verir ki, bunu Xidmətin rəisi Hikmət Əlizadə məlumat verib.
Onun sözlərinə görə, Binəqədi rayonu, 9-cu mikrorayon, Mirmahmud Kazımovski küçəsində isə müxtəlif diametrli 7 ağacın kəsildiyi və təbiətə 17 100 manat məbləğində ziyan dəydiyi məlum olub.
H.Əlizadə bildirib ki, hər iki fakt üzrə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkarların tapılaraq barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.
Nazirlik rəsmisi vurğulayıb ki, əsasən paytaxtda bəzi sahibkarlar, ayrı-ayrı şəxslər tərəfindən təəssüf ki, ağac kəsintisinə hələ də yol verilir: "Tikinti şirkətləri yaşıllıq sahələrinə həssas münasibət göstərmir, tikinti və abadlaşdırma zamanı yaşıllıqların yerləşdiyi ərazilər nəzərə alınmır. Ona görə də belələrinə qarşı ictimai qınağa və güclü təbliğat işinin aparılmasına ehtiyac var. Sahibkarlara müraciət edirik ki, yaşılıq sahələrinin genişləndirilməsinə daha çox ehtiyac olduğu paytaxtda və Abşeron yarımadasında tikinti və abadlıq işləri apararkən yaşıllıqları nəzərə alsınlar, ağac kəsintisinə yol verməsinlər. Biz sahibkarlardan, tikinti şirkətlərindən ağac kəsməyi deyil, əksinə, ağac əkməyi, təbiətə töhfə verməyi gözləyirik”.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-05-2020, 11:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-05-2020, 11:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52