reklam
Regionxeberlericom.az » Hadisə » Boşqabdan narkotik toxumları, ləyəndən çətənə şitili çıxdı

reklam

Boşqabdan narkotik toxumları, ləyəndən çətənə şitili çıxdı


İsmayıllı rayonunda evində və həyətində narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

regionxeberlericom.az-un “Qafqazinfo”a istinadən verdiyi xəbərə görə, mayın 4-ü rayonun Keşqurd kəndində yaşayan Emil Novruzovun yaşadığı evə İsmayıllı RPŞ əməkdaşları tərəfindən baxış zamanı qırmızı plastmas ləyəndə 81 ədəd çətənə şitili aşkar olunub. Həmçinin, stolun üstündəki boşqabdan narkotik toxumları tapılıb. E.Novruzovun evinin yaxınlığında dağlıq yerdə əkib becərdiyi 186 ədəd narkotik kolu aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq İsmayıllı RPŞ-nin İstantaq bölməsinin rəisi, polis mayoru Hənifə Bayramzadənin icraatında davam etdirilir.


Paylaş:


Müəllif : Tarix:
5-05-2020, 15:17
Sikayət   


loading...
Загрузка...