Uşaq şöbəsinə basqın edildi, iki tibb bacısı xəsarət aldı - TƏFƏRRÜAT
Astara rayon Mərkəzi Xəstəxanasında xuliqanlıq etməkdə ittiham olunan 1976-cı il təvəllüdlü Tağı Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
regionxeberlericom.az-un Demokrat.az-a istinadən əldə etdiyi məlumata görə, Tağı Quliyev 27 sentyabr 2018-ci il tarixdə, saat 10.20-də Astara şəhərində yerləşən Astara rayon Mərkəzi Xəstəxanasının binasındakı uşaq poliklinika şöbəsinə gəlib.
O, şöbənin yerləşdiyi sahənin dəhlizində müstəsna dərəcədə aqressivlik nümayiş etdirib, vətəndaşların tibb müəssisəsinə intensiv müraciət etdiyi, eyni zamanda poliklinikanın həkim, kiçik tibb heyəti və texniki personalının işdə olduğu vaxtda ictimai qaydanı kobud sürətdə pozub.
Tağı Quliyev orada olan şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, öz şəxsiyyətini ətrafda olan çoxsaylı vətəndaşların şəxsiyyətinin fövqündə qoyaraq poliklinikanın dəhlizində xəstəxanada qayda-qanun yaradacağını uca səslə elan edib.
O, ucadan nalayiq küçə söyüşləri söyə-söyə poliklinikanın dəhlizi ilə hərəkət edib.
Orada pediatr-həkimin xidməti otağının qarşısında əlindəki bərk saxsı materialdan hazırlanmış fincanda ayaq üstə çay içməklə onun qanunazidd hərəkətlərinin şahidi olan xəstəxananın baş tibb bacısı Arzu İbadovaya heç bir əsaslı səbəb olmadan hücum çəkib, onun ünvanına ucadan qadın kimi şərəf və ləyaqətini aşağılayan söyüşlər söyüb.
Tağı Quliyev onun əlindəki fincanı alıb, silah qismində istifadə edərək bir dəfə onun baş nahiyəsindən həmin fincanla vurub.
Bundan sonra Tağı Quliyev zorakı əməllərini davam etdirib və yenidən həmin fincanla zərərçəkmişin baş nahiyəsinə vurmaq istəyərkən Arzu İbadova bu zərbədən əyilməklə yayınıb, sonuncunun çiyin nahiyəsinə dəyərək fincan yerə düşərək sınıb.
Bununla kifayətlənməyən Tağı Quliyev əməllərini davam etdirib. İş yoldaşına qarşı zorakı hərəkətləri görüb onu sakitləşdirmək, aqressiv hərəkətlərdən çəkindirmək istəyən və ictimai qaydanın onun tərəfindən kobud şəkildə pozulmasının qarşısını alan Astara rayon Mərkəzi xəstəxanasının tibb bacısı Səmayə İbadovaya qarşı da müstəsna aqressiya nümayiş etdirib.
Tağı Quliyev qadın olmasına məhəl qoymadan zor göstərib və onun da qolundan tutaraq var gücü ilə sıxıb və kənara itələyib. O, bu hərəkətləri ilə Səmayə İbadovaya sol bazu nahiyəsində sıyrıq kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarət yetirməklə müqavimət göstərib.
Tağı Quliyev qanunazidd hərəkətlər etməklə, təxminən 15-20 dəqiqə müddətində poliklinikanın normal iş fəaliyyətini pozmaqla ətrafda olan poliklinikanın çoxsaylı tibb personalının, habelə poliklinikaya müraciət etmiş vətəndaşların rahatlığının davamlı pozulması ilə müşayiət olunmasına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri edib.
Bundan başqa, Tağı Quliyev tibb bacısı Arzu İbadovanın atası Yalçın İbadovaya qarşı da xuliqanlıq hərəkətləri edib.
İstintaq orqanı tərəfindən Tağı Quliyevin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Astara rayon Məhkəməsinin hökmü ilə Tağı Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Tağı Quliyev apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində olan hökmün isə sərt olduğunu qeyd edib.
Tağı Quliyev bildirib ki, əməli məhkəmə tərəfindən sübuta yetirilməyib, amma ağır cəzaya məruz qalıb. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Tağı Quliyevin şikayəti təmin olunmayıb.
Bu qərardan narazı qalan Tağı Quliyev kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Qərara görə, Tağı Quliyevin kasasiya şikayəti qismən təmin olunub. Onun əməli Cinayət Məcəlləsinin 221.2.2-ci (təkrar xuliqanlıq törətmək) maddəsinə tövsif edilib.
Tağı Quliyevin cəzası 2 ilə endirilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-05-2020, 11:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-05-2020, 11:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16