Yol polisi ilə sakinlər arasında əlbəyaxa dava düşdü - Həbs edilən var
Baş Dövlət Yol Polisi İdarəsi Zaqatalada yol polisi əməkdaşları ilə sakinlər arasında baş verən qarşıdurmaya aydınlıq gətirib.
Unikal.org xəbər verir ki, İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan buna dair görüntülər araşdırılıb: “Araşdırmalar zamanı məlum oldu ki, həmin hadisə mayın 6-da qeydə alınıb. Yaşayış məntəqəsində yüksək sürətlə hərəkət edən sürücü bir nəfərin ev quşlarını vuraraq öldürüb. Bunu görən DYP əməkdaşları həmin sürücüyə saxla əmri verib. Lakin sürücü yol polisi əməkdaşlarına tabe olmayaraq hərəkətini davam etdirib. Buna baxmayaraq həmin sürücü məcburi qaydada saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, həmin avtomobili idarə edən şəxsin sürücülük hüququ yoxdur. Həmçinin onun etibarnaməsi də olmayıb. Videodan da göründüyü kimi sürücü və onun həyat yoldaşı məsuliyyətdən yayınmaq üçün ajiotaj yaratmağa cəhd ediblər. Buna baxmayaraq polis əməkdaşları şəraitə uyğun hərəkət edərək qanuni tədbir görüb. Həmin şəxslərin hərəkətləri ilə bağlı toplanmış materiallar məhkəməyə göndərilib. Rayon məhkəməsinin qərarı ilə polisə müqavimət göstərən həmin sürücü 10 sutka inzibati həbs cəzası alıb. Hay-küy salaraq ictimai qaydanı pozan qadın isə 50 manat cərimə edilib”.
Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, Kəpənəkçi kəndi ərazisində yüksək sürətlə hərəkətdə olan “VAZ-2106” markalı avtomobil bir neçə ev quşunu vuraraq öldürüb: “Həmin ərazidə xidmətdə olan Zaqatala RPŞ-nin Dövlət Yol Polisi bölməsi əməkdaşları “VAZ-2106” markalı avtomobilin sürücüsünə “Saxla” əmri verilib: “Yoxlama zamanı məlum olub ki, həmin avtomobildə sürücü qismində əyləşən Cavid İsayev sürücülük vəsiqəsi olmadan maşını idarə edib: “Avtomobilin həmin şəxsə deyil, ailəsinə məxsus olduğu aşkarlanıb. O, daha sonra polis əməkdaşları ilə mübahisə edib. Polis əməkdaşları həmin şəxsləri sakitləşdirməyə çalışıblar”.
“Sürücü barəsində protokol tərtib edilib və toplanan materiallar aidiyyəti üzə məhkəməyə göndərilib”, - deyə qeyd edilib. M.Məsimov əlavə edib ki, rayon məhkəməsinin qərarı ilə polisə müqavimət göstərən həmin sürücü inzibati həbs cəzası alıb. Hay-küy salaraq ictimai qaydanı pozan qadın isə 50 manat cərimə edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-05-2020, 16:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-05-2020, 16:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09