11-ci sinif şagirdinin maşın sürmə həvəsi FACİƏYƏ SƏBƏB OLDU - TƏFƏRRÜAT

Şamaxıda XI sinif şagirdinin törətdiyi qəza ilə bağlı cinayət işi başlanıb.
regionxeberlericom.az-un APA-a istinadən məlumatına görə, hadisə ötən gün saat 18:00 radələrində Şamaxı-Pirqulu yolunun Əngəxaran kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Şamaxı sakini, 2003-cü il təvəllüdlü Zeynalov Fəqan Anar oğlu babası Mürvət Zeynalova məxsus "Niva" markalı minik avtomobili ilə hərəkətdə olarkən döngədə idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.
Hadisə zamanı sərnişin, 2003-cü il təvəllüdlü Muxtarov Bəxtiyar Azər oğlu aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib. Avtomobili idarə edən Fəqan Zeynalov və digər sərnişin, Bakı sakini, 2004-cü il təvəllüdlü Salahov Cəmil Azər oğlu xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Ölən və yaralanan şəxslər XI sinif şagirdləridir.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-05-2020, 10:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-05-2020, 10:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT