Göyçayda transformatorda nasazlıq yaranıb, bir ev yanıb, 40 evdə məişət əşyaları sıradan çıxıb
Göyçay rayonunun Ləkçıplaq kəndinin Daşdəmirli məhəlləsində yerləşən transformatorda yaranan problem bir evdə yanğına və 40-dan çox vətəndaşın evlərində televizor, soyuducu, çanaq antenası aparatları, paltaryuyan maşın, su qızdırıcısı, sabitləşdirici elektrik qurğuları və mobil telefonların sıradan çıxmasına səbəb olub.
Gecə saat 4:30 radələrində 1963-cü il təvəllüdlü Daşdəmirov Tehran Cəbrayıl oğluna məxsus ümumi sahəsi 150 kvadratmetr olan 4 otaqlı evdə baş verən yanğın zamanı ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb.
Kənd sakinləri APA-ya bildiriblər ki, transformatorda nasazlıq səbəbindən bir neçə aydır ki, tez-tez elektrik enerjisi kəsilir, əhali işıqsız qalır. Buna görə də dəfələrlə Göyçay rayon Elektrik Şəbəkəsinə müraciət ediblər və dünən Elektrik Şəbəkəsinin Ləkçiplaq kəndi üzrə elektriki Tacəddin Abdullayev transformatorda yenidən baş verən nasazlığı aradan qaldırdığını bildirib. Lakin bir neçə saat sonra həmin transformatorun əhatə etdiyi evlərə qəflətən güclü elektrik enerjisi ötürüb, nəticədə vətəndaşların elektrik məişət cihazları yanaraq sıradan çıxıb, o cümlədən kənd sakini Tehran Daşdəmirovun mənzilindəki soyuducunun mühərrikinin və televizorun partlaması evin tamamilə yanmasına səbəb olub.
Kənd sakinləri onlara dəyən maddi ziyana görə kənd icra nümayəndəliyinə və rayon Elektrik Şəbəkəsinə müraciət ediblər.
Məsələ ilə bağlı Göyçay rayon Elektrik Şəbəkəsinin rəisi vəzifəsini icra edən Ruslan Məmmədov APA-nın yerli bürosuna bildirib ki, ehtimal olunur ki, gecə saatlarında güclü yağış yağarkən 10/0.4 kilovoltluq transformatorun 0.4 kv-luq kabelində qəflətən qısaqapanma baş verib və transformatorun 3 çıxış xəttindən biri ilə evlərə verilən elektrik enerjisinin gərginliyində artıb-azalma olub, nəticədə bu xoşagəlməz hadisə baş verib. Ruslan Məmmədov deyib ki, bu cür hadisələrin baş verməməsi üçün hər bir evdə avtomatik qoruyucu sistem quraşdırılmalıdır: “Kimin evində bu sistem varsa, belə hadisələr zamanı mənzilə elektrik verilişi avtomatik olaraq dayanır, nəticədə məişət cihazlarında, evin elektrik naqillərində qısaqapanma halları baş vermir”.(apa)
Paylaş:
Müəllif : Fuad
Tarix:10-05-2020, 20:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:10-05-2020, 20:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16