Səs-küydən narahat olan kişi qonşusunun həyətinə qumbara atdı: Yaralananlar var - FOTO/VİDEO

Kişi onu narahat edən səs-küyə görə, ad günü qeyd edən bir qrup şəxsə qumbara atıb.
TASS-ın məlumatına görə, hadisə Rusiyanın Stavropol diyarında baş verib.
"Qonşuların səs-küylü davranışından narazı qalan yerli sakin hasardan onlara tərəf qumbara atıb”, - deyə məlumatda bildirilib.
[media=//baku.tv/az/cemiyyet/18438/]
Şübhəlinin sərxoş vəziyyətdə olduğu vurğulanıb.
Ümumilikdə, 15 nəfərin xəsarət aldığı bildirilir. Onlardan üçü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxs saxlanılıb. Ona qarşı cinayət işi açılıb.
Paylaş: