Ağstafada sel suları bir neçə körpüyə zərər vurub - VİDEO - YENİLƏNİB
Ağstafada sel suları fəsadlar yaradıb.
regionxeberlericom.az bildirir ki, "Report"un Qərb Mərkəzinin məlumatına görə, yağan güclü yağışlar nəticəsində Ağstafada sel suları bəzi fəsadlar yaradıb. Rayonun Göycəli kəndindən keçən çayın üzərində olan körpüyə ciddi zərər dəyib. Bir neçə kəndə gedən yolun üzərində olan körpüdən yaranan fəsadların aradan qaldırılması üçün işlərə başlanılıb.
Sel suların rayonun digər kəndlərində də fəsadlar yaratdığı bildirilir.
Ağstafa rayon İcra Hakimiyyətindən "Report"un Qərb Mərkəzinə bildirilib ki, son günlər yağan güclü yağışlar nəticəsində Həsənsu çayı daşıb. Nəticədə Tatlı kəndində 2 Göycəli kəndində 2 körpü (keçid körpüsü) ciddi zərər dəyib.
"Bu körpülər hər iki kəndin məhəllələrini birləşdirən körpüdür və ciddi zərər dəydiyindən istifadəyə yararsız hala düşüb. Hazırda ərazidə bəzi işlərə başlanılıb. Lakin körpünün bərpası və ya inşası üçün ağır texnikadan istifadə edilməsi üçün sel sularının azalması gözlənilir."
İcra hakimiyyətindən sel sularının yaşayış evlərinə və kənd təsərrüfatına zərər vurmadığı da bildirilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-05-2020, 16:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Ağstafada sel suları fəsadlar yaradıb.
Paylaş:
Müəllif :
Yazar
Tarix:11-05-2020, 16:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 10:33
Naxçıvan Səhiyyə Nazirliyində həbslər - Nazri Samiq Sadıxovun da həbs olunacağı gözlənilir İDDİA
20-11-2024, 11:26
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
20-11-2024, 11:24
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20-11-2024, 11:20