reklam
Regionxeberlericom.az » Hadisə » Yük maşını aşdı, 24 nəfər öldü

reklam

Yük maşını aşdı, 24 nəfər öldü


Hindistan COVİD-19 daşıyıcılarının sayına görə Çini geridə qoyub.

Ölkədə bugünədək 85 min 940 nəfərdə koronavirus simptomları aşkarlanıb, 2 min 753 nəfər ölüb. Çində yoluxanların sayı isə 82 min 941-dir.

Bildirək ki, Hindistanda 24 martdan, yəni karantin tətbiq olunduğu gündən bəri yüz minlərlə insan işsiz qaldığı üçün evlərinə qayıtmağa çalışır. Dövlətin koronavirus yayılmaması üçün vətəndaşlara avtobus və qatar göndəriləcəyini açıqlayıb və bu prosesin həyata keçməsini gözləyən vətəndaşlar isə uzun növbə yaradıblar. Nəticədə toplu şəkildə saxlanılan işçilər arasında nə sosial məsafə, nə də digər qaydalara əməl olunub. Lakin digər tərəfdə isə bu prosesi gözləməyib tez zamanda evlərinə qayıtmağa çalışanlar da olub. Onlar yük maşını ilə evlərinə getməyə çalışıblar və bu zaman yük maşını başqa bir maşınla toqquşub, qəzada 24 nəfər ölüb, onlarla insan isə yaralanıb.


Paylaş:


Müəllif : Tarix:
16-05-2020, 12:52
Sikayət   


loading...
Загрузка...