Heç bir məmura güzəşt edilmir: - “Cinayətlərinə görə, cəza alacaqlar”
"Prezident İlham Əliyev 17 il öncə hakimiyyətə gələrkən, andiçmə mərasimində söylədiyi sözlərin, verdiyi vədlərin ötən müddət ərzində bir-bir yerinə yetirilməsinə, öz hədəfinə çatmasına çalışıb və nail olub".
regionxeberlericom.az bildirir ki, bu barədə "Sherg.az"a Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
Millət vəkili vurğulayıb ki, ölkə rəhbəri hər zaman sözünün, vədinin arxasında dayanıb və geri çəkilməyib:
"Son 17 ildə görülən işlərə, atılan addımlara, həyata keçirilən siyasətə diqqətlə nəzər salsaq, hardan-hara gəldiyimizi, hansı nöqtədən hansı nöqtəyə çatdığımızı əyani şəkildə görə bilərik. Prezident ilk gündən korrupsiyaya, rüşvətxorluğa, dövlət əmlakının və vəsaitinin mənimsənilməsinə, sui-istifadəyə, vəzifə səhlənkarlığına qarşı ciddi mübarizə aparılacağını, bununla barışılmayacağını bütün çıxış və nitqlərində birmənalı vurğulayıb. Bu fikirlər, mesajlar bütün söyləntilərdə qırmızı xətlə keçib. Yenə də ötən 17 ilə nəzər salsaq, bu yöndə hansı qətiyyətli və birmənalı addımların atılmasının şahidi olmuş olarıq. Burada velosiped və ya Amerika kəşf etməyə ehtiyac yoxdur. Hər şey göz önündədir. Azərbaycan dövlətinin, dövlət başçsının bu məsələlərdə nə qədər barışmaz və qətiyyətli olduğu hər an özünü göstərib. Korrupsiya, rüşvətxotluq hallarına, onu törədənlərə qarşı qanunların dili ilə ən sərt şəkildə davranılıb. 2018-ci ilin aprel seçkilərindən, xüsusilə, 2019-cu ilin əvvəllərindən ölkədə bütün sahələr üzrə islahatlar daha ardıcılı, daha sürətli, daha geridönməz mərhələsinə qədəm qoyub. Yeni kadr və struktur dəyişikliklərinə, islahatlarına start verilib. Kimlər bu islahatlarla uyğunlaşıb, özünü doğruldub, onlarla yola davam edilib. Kimlər ki, islahatlardan geridə qalıb, özünü doğrultmayıb və ya bu prosesdə "tormoz" rolunu oynayıb, onlarla vidalaşılıb, yollar ayrılıb".
Deputat bəyan edib ki, son bir neçə ayda, 2019-cu ilin payızından başlayan kadr dəyişiklikləri, yenilənmələr, rüşvətə, korrupsiyaya bulaşanların vəzifələrindən azad edilməsi, məsuliyyətə cəlb olunması da məhz bu proseslərin tərkib hissəsidir:
"Dövlət başıçısı bir daha qətiyyətini və iradəsini ortaya qoydu ki, kimliyindən, hansı vəzifəni tutmasından asılı olmayaraq, heç kimə güzəştə gedilməyəcək. Heç kimin xətalarına, nöqsanlarına, cinayətlərinə göz yumulmayacaq. Hər kəs etdiyi əmələ görə, dövlət və qanunlar qarşısında cavab verəcək. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) də Azərbaycanın ən mühüm təsisatlarından, dövlətin, dövlətçiliyin təhlükəsizliyinə birbaşa cavabdehlik daşıyan dövlət qurumlarındandır. DTX tərəfindən keçirilən əməliyyatlar da məhz həyata keçirilən proseslərin tərkib hissəsidir. Xüsusilə, də cənab Əli Nağıyevin bu quruma rəhbər təyin olunmasından sonra DTX öz həyatında yeni inkişaf mərhələsini yaşamaqda, əvvəlki nüfuzunu, şöhrətini bərpa etməkdədir. Bu səbəbdən də, istər icra başçıları, istər Mədəniyyət Nazirliyi, istərsə Dövlət Sərhəd Xidməti ilə bağlı keçirilən əməliyyatlar xalq, vətəndaşlar tərəfindən birmənalı şəkildə razılıqla və müsbət qarşılanır, dəstəklənir".
Parlament üzvü vurğulayıb ki, bu, bir daha onu göstərir və nümayiş etdirir ki, Azərbaycanda korrupsiyanın və rüşvətxorluğun kökünün birdəfəlik kəsilməsi üçün bütün addımlar atılır:
"Bundan sonra da bütün addımlar atılacaq. Burada geriyə çəkilmə olmayacaq. Cənab Prezidentin çıxışında dediklərinə diqqət edək: "...Bu, bir xəstəlikdir və bu xəstəliyin müalicəsi artıq işə salınıb. Mən bir neçə dəfə xəbərdarlıq etmişəm, açıq demişəm ki, əgər əyri yoldan düz yola dönməsəniz, sonunuz pis olacaq, cəza tədbirləri tətbiq ediləcək. Ancaq bəziləri hesab edirdi ki, bu, onlara aid deyil. Bəziləri hesab edirdi ki, onlar qanundan üstündür. Yaxud da hesab edirdilər ki, kimsə onlara kömək göstərəcək, onların havadarları, onlara uzun illər ərzində dəstək verən yüksəkvəzifəli şəxslər. Mən demişəm ki, bu, olmayacaq. Həyat da bunu göstərdi...". Bu sözləri Prezidentimiz bir neçə gün öncə dilə gətirdi və bir daha iradəsini ortaya qoydu. Hesab edirəm ki, bunun da geniş, təfsilatlı izahına heç bir ehtiyac yoxdur, hər şey açıq və birmənal şəkildə qeyd edilib. Yetər ki, hər kəs bundan nəticə çıxarsın. Çıxarmayanlar isə özlərindən küssünlər, aqibətləri o birilərindən fərqli olmayacaq".
Paylaş:
Müəllif : Yazar
Tarix:18-05-2020, 16:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-05-2020, 16:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:35
AŞARAQ ƏRAZİDƏ QALAN 10 YAXIN İRİ HƏCİMLİ ŞAM AĞAÇLARI - TƏBİƏTƏ ABŞERON RİH TƏRƏFİNDƏ EDİLƏN " HÖRMƏT" VƏ "QAYĞI" - FOTO
Dünən, 11:34