Şirkət rəhbəri Azərbaycan vətəndaşının 7 dişini qırdı, başını əzdi, bıçaqla öldürdü
Rusiyanın Sankt-Peterburq şəhərində şirkət rəhbəri 33 yaşlı Azərbayan vətəndaşını qətlə yetirib.
Rusiya KİV-ləri xəbər verir ki, hadisə şəhərin Vıborq rayonunda baş verib.
Ötən gün mayın 23-də kommersiya firmasının direktoru "Təcili yardım”a zəng vurub və xəbər verib ki, onun Asafyev küçəsindəki mənzilində bıçaqla öldürülmüş kişi meyiti var. Tibb işçiləri ilə birlikdə hadisə yerinə polislər də gəlib. Mənzildə Azərbaycan vətəndaşının döş qəfəsində kəsilmiş-deşilmiş yaralar, başında şiş olan meyiti aşkarlanıb.
Həmin gün biznesmen qətli törətdiyini etiraf edib. Tikinti-montaj fəaliyyəti ilə məşğul olan firmanın rəhbəri deyib ki, az əvvəl mənzilində qəfildən başlamış mübahisə zəminində azərbaycanlını qətlə yetirib. Müstəntiqlər qətlə yetirilən şəxsin dişlərinin sındırıldığını da müəyyən ediblər və hadisə yerindən onun 7 sınmış dişini, habelə cinayətdə istifadə olunan bıçağı tapıblar.
Xəbər verilir ki, hadisəni törədən biznesmen 2000-ci ildə qanunsuz silah-sursat saxlamağa görə cinayət məsuliyyətinə cəlb olunub, lakin onun barəsində işə xitam verilib. 2020-ci ilin martında isə direktordan oğurluq işi üzrə cinayət işi çərçivəsində başqa yerə getməmək barədə iltizam alınıb. /Virtualaz.org
Paylaş:
Müəllif : Fuad
Tarix:24-05-2020, 20:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-05-2020, 20:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:35
AŞARAQ ƏRAZİDƏ QALAN 10 YAXIN İRİ HƏCİMLİ ŞAM AĞAÇLARI - TƏBİƏTƏ ABŞERON RİH TƏRƏFİNDƏ EDİLƏN " HÖRMƏT" VƏ "QAYĞI" - FOTO
Bu gün, 11:34