reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanda it itə yedizdirilib - hadisə araşdırılır

reklam

Azərbaycanda it itə yedizdirilib - hadisə araşdırılır


Sosial şəbəkələrdə Azərbaycanda it dalaşdıran şəxslərin görüntüləri yayılıb.

regionxeberlericom.az-un “Report”a istinadən xəbərinə görə, yayılan məlumatlarda bildirilir ki, həmin şəxslər qadağan edilmiş it döyüşləri keçirirlər.

Pulla döyüşlər təşkil edən şəxslərin Sumqayıt şəhərindən olduqları ehtimal edilir.

Belə ki, onlar itləri ölənə qədər döyüşdürürlər, daha sonra məğlub olan köpəkləri kəsib, ətini digər itlərə yedizdirirlər. Bir itin digər itə yedizdirilməsi də görüntülərdə yer alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”a bildirilib ki, həmin görüntülərdəki hadisələr araşdırılacaq.

***

Azərbaycanda qadağan edilən it döyüşləri keçirilir.

Demokrat.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Yazılanlara görə, “Heyvanların ölümcül oyunu” adlı forum yaradılıb. Forumun məqsədi itlərin pulla döyüşlərini təşkil etməkdir. Döyüşlərdə pitbul və digər it cinsindən olan köpəklər iştirak edir. Narkotik tərkibli iynələr vurulan itlər bir-birləri ilə ölənədək döyüşdürülür. Bir it digərini parçalayır və ölən heyvanın dərisi soyulur. Məğlub heyvanın başı kəsilərək cəsədi daha cavan itlərə yedirdilir. Bunu cavan itlərin qan iyini alaraq daha ağzın olması üçün edirlər.

Forumun yaradıcıları və Azərbaycandakı bu ölümcül döyüşlərin təşkilatçılarının 5 nəfər olduğu bildirilir. Onlar Rüfət, Murad, Mətləb, Hüseyn və digəridir.

Maraqlıdır ki, dəfələrlə onlar barədə məlumatlar verilsə də hələ də forum ləğv edilməyib və onlar saxlanılmayıb.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından saytımıza bildirdilər ki, bu barədə araşdırmalar aparılacaq. Döyüşlərin konkret keçirildiyi ünvan müəyyən olunacaq və təşkilatçılar tezliklə cəzalandırılacaq.(baku.ws)


Paylaş:


Müəllif : Tarix:
26-05-2020, 12:35
Sikayət   


loading...
Загрузка...