reklam
Regionxeberlericom.az » Hadisə » İt döyüşdürənlərdən XƏBƏR VAR

reklam

İt döyüşdürənlərdən XƏBƏR VAR


Bir neçə gün əvvəl sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən təşkil edilmiş it döyüşlərini əks etdirən videogörüntülər paylaşılmışdı. Bununla bağlı DİN Mətbuat Xidmətindən bildirilib ki, məsələ dərhal Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülmüş və araşdırılması üçün göstəriş verilmişdir.Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumatda deyilir.

Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin videogörüntülərdə əks olunan 6 nəfərin hər birinin şəxsiyyəti müəyyən edilmiş və onlardan 4-ü – Bakı şəhər sakinləri Rüfət Bədəlov, Hüseyn Əliyev, Murad Ştayev və Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyev saxlanılmışlar.

Şəxsi axtarış zamanı Mətləb Əliyevdən narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb. Faktla əlaqədar cinayət məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb və Mətləb Əliyev barəsində məhkəmənin qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rüfət Bədəlov, Hüseyn Əliyev və Murad Ştayev isə aparılan araşdırma ilə əlaqədar izahatlarının alınması üçün polisə dəvət edilərkən qəsdən tabeçilik göstərməyərək polis əməkdaşının qanuni tələblərinə tabe olmayıblar. Odur ki, onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və məhkəmənin qərarı ilə hər biri bir ay müddətinə inzibati qaydada həbs ediliblər.

Qaldırılmış cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Paylaş:


Müəllif : Tarix:
29-05-2020, 16:03
Sikayət   


loading...
Загрузка...