reklam
Regionxeberlericom.az » Hadisə » Qadın keçmiş əriylə yaşamaq istədi və ... — Bakıdakı dəhşətli cinayətin İLGİNC TƏFƏRRÜATI

reklam

Qadın keçmiş əriylə yaşamaq istədi və ... — Bakıdakı dəhşətli cinayətin İLGİNC TƏFƏRRÜATI


Bakıda keçmiş arvadını boğaraq qətlə yetirməkdə təqsirli bilinən Rahib Babayevin cinayət işi.
regionxeberlericom.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Hasil Bayramov küçəsi ev 67-də baş verib.

Qeyd edilən ünvanda kirayədə yaşayan, 1991-ci il təvəllüdlü Orucəliyeva Ülviyyə Sulduz qızı keçmiş həyat yoldaşı, 1985-ci il təvəllüdlü Babayev Rahid Telman oğlu tərəfindən öldürülüb. Hadisədən sonra R.Babayev könüllü olaraq 31-ci polis bölməsinə gələrək təslim olub.

Təqsirləndirilən qismində dindirilərkən Rahib Babayev bildirib ki, Ülviyyə Orucəliyeva ilə 2010-cu ildə ailə əyatı qurub və həmin nigahdan iki övladları olub. 2016-cı ildə rəsmi qaydada boşanıblar.

Müəyyən edilib ki, hadisə baş verən günü Rahib Babayev keçmiş arvadı Ülviyyə Orucəliyevanın yaşadığı Əmircan qəsəbəsi, Hasil Bayramov küçəsindəki evə gəlib.

Rahib Bayramov ifadəsində bildirib ki, həmin gün gecə saat 3-də mübahisəmiz düşdü. Mən yatanda şəklimi çəkib yeni ailə həyatı qurduğum qadının qardaşına göndərib. Deyib ki, Rahib mənim yanımdadır, sən gəl, bacını apar. Mən də buna əsəbləşdim. Mübahisəmiz düşəndə qışqırmağa başladım. Əllərimlə boğazından tutub sıxdım, boğuldu".

Hadisənin səbəbləri barədə daha ətraflı videonu təqdim edirik.



Paylaş:


Müəllif : Tarix:
3-06-2020, 16:08
Sikayət   


loading...
Загрузка...