reklam
Regionxeberlericom.az » Hadisə » Kanalda meyiti tapılan dostlar içkili imiş

reklam

Kanalda meyiti tapılan dostlar içkili imiş


Qusarda iki nəfərin kanalda boğulmasının təfərrüatları məlum olub.

regionxeberlericom.az-un "Qafqazinfo"a istinadən verdiyi xəbərə görə, rayonun Samur qəsəbə sakinləri 1993-cü il təvəllüdlü Əlirza Əlirzayev, 1988-ci il təvəllüdlü Vadim Qasımov Gennadi Babayev iyunun 12-i saat 14 radələrində qoyun sürüsü növbəsində olan zaman 1,7 litr araq içiblər.

Daha sonra onlar Samur-Dəvəçi kanalında çimmək qərarına gəliblər, lakin G. Babayev kanala girməkdən imtina edib. Kanalın suyunun axını yüksək olduğundan alkoloqun təsiri altında sərxoş vəziyyətdə olan Ə.Əliyev və V.Qasımov qəflətən boğulub ölüblər. Kanala girməyən G.Babayev onların boğulduğunu görüb və qohumlarına məlumat verib.

Onların meyitləri qəsəbə camaatı tərəfindən kanaldan çıxarılıb. Araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
13-06-2020, 12:11
Sikayət   


loading...
Загрузка...