Azərbaycan gömrükçüləri 108 kiloqram heroin müsadirə edib
Gömrükçülərin sayıqlığı nəticəsində İran ilə sərhəddə yük avtomobilindən külli miqdarda narkotik vasitə - heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilir ki, Azərbaycandan tranzit keçməklə İranın Astara şəhərindən Ukraynanın Kiyev şəhərinə yemiş, pomidor və badımcandan ibarət tərəvəz yükü aparan "Scania" markalı "AT1682CI/AT0023XT" dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və avtomobilə gömrük yoxlaması tətbiq edilib.
Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də, kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verdiyindən yük boşaldılıb. Təkrar yoxlama zamanı xidməti it 11 paletdə qablaşdırılan badımcan yükünə yenidən reaksiya verdiyindən xüsusi texniki nəzarət vasitələri ilə əsaslı yoxlama aparılıb.
Qeyd edək ki, standart ölçülü plastik yeşiklərin 100 ədədində "örtücü mal" qismində istifadə olunmaq məqsədilə yığılmış "badımcanların" altında, hər yeşikdə 2 ədəd olmaqla ümumilikdə 200 ədəd yastı - düzbucaqlı formalı bağlamalar aşkar edilib. Baxış zamanı bağlamalarda preslənmiş halda, ümumilikdə 108 kiloqram spesifik qoxu ilə müşayiət olunan, açıq-qəhvəyi rəngli narkotik vasitə - heroinin qablaşdırıldığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-06-2020, 15:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-06-2020, 15:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
13-11-2024, 10:54