Kirayəçi QƏTL TÖRƏTDİ - RƏSMİ

İyunun 19-da saat 14 radələrində paytaxtın Xətai rayonu, Sarayevo küçəsində yerləşən 13B nömrəli binanın 73 nömrəli mənzilində bədəni üzərində deşici-kəsici alətlə yetirilməyə xarakterik xəsarətlərlə meyit aşkar olunması barədə məlumat daxil olmuşdur.
DİA.AZ-a Xətai rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Aparılmış ilkin araşdırmalarla meyitin 1992-ci il təvəllüdlü Məmmədov Boran Səbuhi oğluna məxsus olması müəyyən edilmişdir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin olunmuşdur,
İlkin istintaqla hadisənin qeyd olunan ünvanda kirayədə yaşayan 1984-cü il təvəllüdlü Kənan Abdurahmanov tərəfindən aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Kənan Abdurahmanov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-06-2020, 13:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-06-2020, 13:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 13:07
20-02-2025, 14:36
20-02-2025, 10:45

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…