reklam
Regionxeberlericom.az » Hadisə » "Rayonda ən nümunəvi ailələrdən idilər..." - İntihar edən 3 uşaq anasının ölüm TƏFƏRRÜATI

reklam

"Rayonda ən nümunəvi ailələrdən idilər..." - İntihar edən 3 uşaq anasının ölüm TƏFƏRRÜATI


Xəbər verdiyimiz kimi, Qaxda üç uşaq anası intihar edib.

Hadisənin təfərrüatı ilə bağlı Publika.az-a danışan Qax Rayon İcra Hakimiyyətinin Əmircan kənd inzibati ərazi üzrə nümayəndəsi İsmayıl Qasımov bildirdi ki, Abbasovlar ailəsi Qaratala kəndində də, rayonda da nümunəvi ailələrdən olub:

"Hadisə ötən gecə saat 4-də baş verib. Gündüz saatlarında nəsə bir şey baş verəndə qonşular da, biz də təfərrüatdan məlumatlı oluruq. Ancaq bu hadisə səhərə yaxın olduğu üçün heç kəs hiss etməyib. İnanmazdım ki, o ailədə elə bir hadisə baş versin. Biz də təəccüblü qalmışıq. Mən özüm bir neçə dəfə o ailədə olmuşam. Kənd üçün, cəmiyyət üçün çox önəmli, ictimai proseslərdə yaxından fəallıq göstərən ailədirlər. Nümunəvi olublar. Ailədə nəsə narazılıqlar ola bilər. Amma hansı zəmində baş verdiyi məlum deyil. Mərhum müayinə olunmaq üçün ekspertizaya aparılıb.

Zorakılıq faktının olub-olmadığı ekspertizanın nəticəsindən sonra məlum olacaq. Ola bilər ki, həmin vaxt psixoloji vəziyyəti gərgin olsun və belə bir yola əl atsın. Hər şey ekspertin rəyi əsasında bilinəcək. Mərhumun həyat yoldaşı da rayonda nümunəvi gənclərdən biridir. Çox ailəcanlı və tərbiyəli insandır. Fatma Abbasovanın qayınata və qayınanası nəinki kənddə, rayonda da sayılıb-seçilən insandırlar. Mərhum, həyat yoldaşı ilə qayınatasıgildə qalırdı. Digər ailə üzvləri onlarla qalmırdı. Mərhumun həyat yoldaşı Abbasov Rəşad Qurban oğlu 1986-cı il təvəllüdlüdür".

Qeyd edək ki, F.Abbasova tam orta təhsilli olub və heç yerdə işləməyib. 3 uşaq anası olan mərhumun 2 qızı, 1 oğlu var.

Övladları:

02.04. 2014-cü il təvəllüdlü Abbaslı Səba Rəşad qızı

26.10.2015-ci il təvəllüdlü Abbaslı Aydan Rəşad qızı

21.09.2018-ci il təvəllüdlü Abbaslı Cavad Rəşad oğlu


Paylaş:


Müəllif : Tarix:
27-06-2020, 16:11
Sikayət   


loading...
Загрузка...