reklam
Regionxeberlericom.az » Hadisə » Rusiyada azərbaycanlı biznesmen koronavirusdan öldü - FOTO

reklam

Rusiyada azərbaycanlı biznesmen koronavirusdan öldü - FOTO

Cari ilin 2 iyul tarixində Rusiya Federasiyasının Krasnoqorsk şəhərində 1971-ci təvəllüdlü Muradov Rövşən Vahid oğlu koronavirus infeksiyasından dünyasını dəyişib.

Bu barədə “Report”un Rusiya bürosuna Moskva vilayətinin İstra rayonunda Azərbaycan İcmasının rəhbəri Ramil Əliyev məlumat verib.
“25 ildən çoxdur ki, Rövşən Muradov İstra şəhərində yaşayır və işləyir. O, Azərbaycan xalqının layiqli övladı idi və həmişə həmvətənlərini dəstəkləyirdi”-deyə, R. Əliyev bildirib.

Onun sözlərinə görə, R .Muradov 9 iyunda anası ilə birgə 1 saylı Krasnoqorsk dövlət xəstəxanasına yerləşdirilib. Belə ki, Rövşənin anası 14 iyunda vəfat edib. 18 gündən sonra isə biznesmenin özü dünyasını dəyişib.

Həmyerlimizin cənazəsi dəfn olunmaq üçün Bakıya göndərilib. Dəfn mərasimi bu gün (iyulun 3-ü – Red) baş tutacaq.


Paylaş:


Müəllif : Tarix:
3-07-2020, 09:00
Sikayət   


loading...
Загрузка...