Prokurorluq Tərtərdəki dəhşətli qətli araşdırır - 2 yaşlı körpənin qatili həbs olundu

İyulun 2-də saat 19 radələrində Tərtər rayonu, Hacıqərvənd kənd sakini, 2018-ci il təvəllüdlü Ömər Ağazadənin başına kürəklə vurularaq xəsarətlər yetirilməsi barədə məlumat daxil olmuşdur.
Tərtər rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Ömər Ağazadə 03 iyul 2020-ci il tarixdə aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölmüşdür.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin olunmuşdur.
İlkin istintaqla cinayətin Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Elmir Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Elmir Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-07-2020, 10:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-07-2020, 10:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 13:07
20-02-2025, 14:36
20-02-2025, 10:45

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…