Çeçen mühacir Avropada öldürüldü
Dünən Avstriyanın Gerasdorf-bay-Vin şəhərində yerli vaxtla saat 19:30-da qətl hadisəsi baş verib.
Öldürülən şəxs vaxtilə bu ölkədən siyasi sığınacaq istəmiş çeçen mühacirdir.
Qurbanın üzərindən Rusiya pasportunun çıxdığı bildirilir.
Avstriya polisinin nümayəndəsi Valter Şvartsenegerin mətbuata açıqlamasına əsasən, ölən şəxsin 43 yaşı olub. Onun sözlərinə görə, qatil də Rusiya vətəndaşıdır.
“OE24” kanalının məlumatına görə, hüquq-mühafizə orqanları qətli törədən şəxsi yaxalamağa müvəffəq olublar. Onun avtomobili Lints şəhərində saxlanıb. Həmin adamın həbs zamanı müqavimət göstərmədiyi qeyd olunur.
Azadlıq radiosunun Rusiya bölməsi qurbanın kimliyini də müəyyənləşdirməyə müvəffəq olub. O, Çeçenistan sakini Mamixan Umarovdur. Mamixan Umarov Yutub kanalnda “Anzor iz Venı” adı ilə Çeçensitanın hazırkı rəhbəri Ramzan Kadırovu tənqid edən çıxışları ilə tanınıb. Çeçen mübariz burada Rusiya xüsusi xidmət orqanlarının siyasi mühacirləri və keçmiş “İçkeriya Respublikası”na mənsub xadimləri izlətdirdiyini deyirmiş. /Musavat.com
Paylaş:
Müəllif : Fuad
Tarix:5-07-2020, 19:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-07-2020, 19:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
19-01-2025, 10:46
“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
18-01-2025, 10:47
Nuriyevlərin Sabirabadda seçki sabotajı – Zakir Quliyev bundan sonra da qoyunlarını otaracaq İDDİA
17-01-2025, 14:25