reklam
Regionxeberlericom.az » Hadisə » Torpaq yolla rayona gedənlər həbs edildi

reklam

Torpaq yolla rayona gedənlər həbs edildi


Karantin məhdudiyyətlərini pozaraq Bakı şəhərindən rayonlara qanunsuz olaraq sərnişin daşıyan sürücü saxlanılıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən bu qanunsuz fəaliyyətlə məşğul olan Şamaxı şəhər sakini Anar Ədilov tutulub. O, idarə etdiyi “Opel” markalı avtomobillə karantin postundan kənar yollarla iki nəfər sərnişini Şamaxı rayonuna aparan zaman Abşeron rayonu ərazisində saxlanılıb.

Araşdırma zamanı maşında olan sərnişinlər Nicat İbadov və Şahin Əzizovun da xüsusi karantin qaydalarını pozduqları məlum olub.

Hər 3 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Məhkəmənin qərarı ilə Anar Ədilov 20, avtomobildə olan sərnişinlərin hər biri isə 10 sutka inzibati qaydada həbs ediliblər.


Paylaş:


Müəllif : Tarix:
11-07-2020, 13:55
Sikayət   


loading...
Загрузка...