reklam
Regionxeberlericom.az » Hadisə » Şəhid baş leytenantın ailəsində 10 il əvvəl də faciə olubmuş

reklam

Şəhid baş leytenantın ailəsində 10 il əvvəl də faciə olubmuş


Xəbər verdiyimiz kimi, ötən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən gərginlikdə baş leytenant Rəşad Mahmudov şəhid olub.

“Qafqazinfo” şəhidin ailəsiylə bağlı bəzi məlumatları əldə edib. Məlum olub ki, təxminən 10 il bundan qabaq onun ailəsində daha bir faciə yaşanıb. Şəhidin yeniyətmə qardaşı Rəis Mahmudov ehtiyatsızlıq nəticəsində ov tüfəngindən açılan atəş nəticəsində dünyasını dəyişib. Şəhid R. Mahmudov ailənin tək övladı olub. Subay olan şəhidimiz anası ilə birgə yaşayıb. Onun valideynləri uzun müddət əvvəl ayrılıblar.

Aşağı Cürəli kənd bələdiyyəsinin sədri Ruslan Səidov məlumatları saytımıza təsdiqləyib. O qeyd edib ki, şəhidin nəşi hələ doğma kəndinə gətirilməyib.


Paylaş:


Müəllif : Tarix:
13-07-2020, 12:47
Sikayət   


loading...
Загрузка...