Bərdədə saxta alkoqollu içkilər istehsal edən müəssisə aşkarlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin nümayəndələri ilə birgə Bərdə rayonu Cəlil Məmmədquluzadə küçəsi, ev 80 ünvanında yaşayan Həsənov Tapdıq Qarakişi oğluna məxsus həyətyanı sahədə reyd keçirib.
AQTA-dan "Report"a verilən məlumata görə, reyd zamanı həyətyanı sahədə qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi, istehlakçıların hüquqlarının kobud şəkildə pozulduğu və müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək gizli qaydada qanunsuz şəkildə saxta üsulla müxtəlif brend markalı “Banketnaya”, “Beliy Volk”, “Şanbala”, “Mamedoff”, “Ququşu”, “White Water”, ”Disaronno”, ”Xortisya”, “Xəzri”, “Oryel”, “Nemiroff”, “Nemiroff Delikat”, “Badikubə”, “Kazyonka”, “Maiden tower”, “Az Granata”, “Glacier Melt”, “Napoleon”, “Rada”, “Cristal”, “Berkut Vodka”, “Akula”, “Medallion”, “Grand vodka”, “Zalatoy Kolso”, “Qubernator bağı”, “Stumbars”, “Yakor” və s. əmtəə nişanlı yerli, habelə xarici ölkə istehsalı olan alkoqollu içkilər hazırlayaraq satışının həyata keçirildiyi aşkar olunub.
Reyd zamanı ümumi sayı 68 ədəd aksiz markalı, 3 ədəd aksiz markasız müxtəlif həcmli saxta alkoqollu içkilər, 24 ədəd xammal kimi istifadə olunan hər biri 1litr həcmində olan 95 %-li tibbi spirt, 88 ədəd saxta aksiz marka, 17 ədəd saxta “Mamedoff” etiketləri və müxtəlif brend markalı içkilərə məxsus 308 ədəd boş alkoqollu içki butulka və 378 ədəd qapaqlar, habelə saxta alkoqollu içkilərin hazırlanmasında su ilə spirtin qarışdırılmasında istifadə edilən plastik çəllək aşkarlanaraq müsadirə edilib.
İçkilərdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Faktla bağlı araşdırmalar davam etdirilir. Eyni zamanda qanunsuz istehsal olunan alkoqollu içkilərin satış şəbəkələrinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-07-2020, 18:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-07-2020, 18:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07